Şriftin ölçüsü :

Saytın rəngi :

27 sentyabr - Anım Günü münasibəti ilə Xəzər rayonunda ağacəkmə aksiyası keçirilmişdir

26 sentyabr 2022 | 19:30

    26 Sentyabr 2022-ci il tarixində Xəzər rayonunda Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda canını qurban vermiş Vətən müharibəsi şəhidlərinin xatirəsinə ehtiram əlaməti olaraq ağacəkmə aksiyası keçirilmişdir.

    Xəzər rayonu, Mərdəkan qəsəbəsi, Mərdəkan-Qala avtomobil yolunun sol hissəsində baş tutan aksiyada Xəzər Rayon İcra Hakimiyyətinin başçısı Elşən Salahov, Xəzər Rayon İcra Hakimiyyətinin məsul əməkdaşları, YAP Xəzər rayon təşkilatı, Vətən müharibəsi iştirakçıları, qazilər, idarə-müəssisə və təşkilat rəhbərləri,  rayonun fəal gəncləri və ictimaiyyət nümayəndələri iştirak etmişdir.

    Aksiyada Vətən Müharibəsi Şəhidlərinin xatirəsinə müxtəlif növ ağaclar əkilmiş, ağaclara aqrotexniki qulluq göstərilmişdir.

Keçidlər