Şriftin ölçüsü :

Saytın rəngi :

Xəzər rayonunda əhalinin kütləvi tibbi müayinəsinə başlanıldı

20 fevral 2014 | 16:00

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2014-cü il fevralın 17-dən mayın 1-dək bütün ölkə vətəndaşlarının  tibbi müayinədən keçirilməsi barədə tapşırığının icrasına Xəzər rayonunda da uğurla başlanılıb. Müayinələrin ilk günündə rayon ərazisində fəaliyyət göstərən bütün  tibbi  müəssisələrə çoxlu sayda vətəndaş müraciət edərək müayinələrdən yararlanıb. Burada onlar ixtisaslı həkimlər tərəfindən hərtərəfli müayinə olunub, eləcə də ultrasəs müayinələrindən keçiblər. Xəstəlik aşkarlanan insanlar müvafiq müalicə prosesinə cəlb olunublar.
      Bu məqsədlə tədbirlər planı hazırlanıb, komissiya və işçi qrupu yaradılıb. Rayonda olan bütün səhiyyə müəssisələri müayinələrin aparılması üçün tam hazır vəziyyətdədir.
     17 fevral tarixindən 21 fevral tarixinə kimi 2565 nəfər rayon sakini  icbari müayinədən keçib. Eyni zamanda növbəlilik sistemi əsasında idarə və təşkilatların əməkdaşları da müayinə olunurlar. Aşkara çıxarılan xəstəliklər üzrə müalicə kursları təyin edilir. Bu proses may ayının 1-nə kimi davam edəcək.

Keçidlər