Şriftin ölçüsü :

Saytın rəngi :

Etik davranış

Xəzər rayon İcra Hakimiyyəti Başçısı aparatının etik davranış
məsələləri  ilə bağlı 2016-cı ildə görülən işlər haqqında
M Ə L U M A T
Dövlət qulluqçularının etik davranış qaydaları haqqında» Azərbaycan Respublikasının qanunu və Azərbaycan Respublikası Prezidentinin 05 sentyabr 2012-cü il tarixli, 2421 nömrəli sərəncamı ilə təsdiq edilmiş «Korrupsiyaya qarşı mübarizəyə dair 2012-2015-ci illər üçün Mili Fəaliyyət Planı»-nın icrasının təmin etmək məqsədilə Xəzər rayon İcra Hakimiyyəti tərəfindən dövlət qulluqçularının etik davranış qaydalarının təkmilləşdirilməsi  istiqamətində zəruri tədbirlər görülmüşdür.
“Dövlət qulluqçularının etik davranış qaydaları haqqında” Azərbaycan Respublikası Qanununun 21-ci maddəsinə əsasən Xəzər rayon İcra Hakimiyyətinin rəhbərliyi 2016-cı il ərzində Xəzər rayon İcra Hakimiyyəti aparatında və qəsəbə inzibati ərazi dairələri üzrə nümayəndəliklərdə, eyni zamanda ikili tabelikdə olan mərkəzi icra hakimiyyəti orqanlarının yerli qurumlarında çalışan və inzibati vəzifə tutan “dövlət qulluqçuları üçün dövlət  orqanlarına ictimai etimadın artırılması”, “dövlət qulluğunun  nüfuzunun artırılması”, dövlət qulluqçuları  tərəfindən etik davranış qaydalvrına əməl  olunmasının təmin edilməsi və etik məsələlər üzrə biliklərin artırılması, onların  fəaliyyəti ilə bağlı təbliğat işinin səmərəli təşkil edilməsi üçün mütəmadi  maarifləndirmə tədbirləri, tədris kursları, treninqlər və intellektual müsabiqələr təşkil edilmişdir.
Görülmüş maarifləndirmə işlərinin nəticəsi olaraq 2016-cı il ərzində rayon İcra Hakimiyyəti tabeliyində çalışan dövlət qulluqçuları arasında etik davranış qaydalarına uyğun olmayan və etik davranış qaydalarını pozan dövlət qulluqçusu olmamışdır.
Xəzər rayon İcra Hakimiyyəti başçısının təqdimatına əsasən Dövlət qulluqçularının Peşə bayramı münasibətilə dövlət qulluğunda uzun müddət və səmərəli fəaliyyətinə görə rayon İcra Hakimiyyəti Başçısının müavini Balayev Arif Tofiq oglu  Azərbaycan Respublikası Prezidentinin 22.06.2016-cı il tarixli,  2131 nömrəli  sərəncamı ilə «Dövlət qulluğunda fərqlənməyə görə» medalı ilə təltif olunmuşdur.

 


 

Keçidlər