Şriftin ölçüsü :

Saytın rəngi :

Xəzər Rayon İcra Hakimiyyətinin 2017-cı ildəki fəaliyyətinə dair
HESABATI

            

    Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sədrliyi ilə 2018-ci ilin yanvar ayının 10-da Nazirlər Kabinetinin 2017-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə  həsr olunmuş iclası keçirilmişdir. Ölkə başçısı yola saldığımız ilin yekunlarına qiymət verərək cari ildə ölkə iqtisadiyyatının qarşısında dayanan əsas strateji hədəfləri müəyyənləşdirmişdir. İclasda səslənən fikirlər deməyə əsas verir ki, dövlət başçısı cənab İlham Əliyevin həyata keçirdiyi çoxşaxəli siyasətin ali məqsədi  Azərbaycanın  hər bir vətəndaşı üçün firavan həyat tərzinin təmin  olunmasından, ölkədə azad,  demokratik cəmiyyətin  qurulmasından ibarətdir. Cənab Prezident  ötən ildə  qeyri-neft  sektorunun  2,5 % , kənd təsərrüfatının 4,1 %, xarici ticarət dövriyyəsinin 12 % artmasını xüsusi qeyd  etmişdir. Eyni zamanda valyuta ehtiyatlarının 4,5 milyard dollar artaraq 42 milyard  dollar səviyyəsinə çatması da qeyd edilmişdir.
    Azərbaycan Respublikasının Prezidenti cənab  İlham Əliyev ötən il ərzində 221 min yeni  iş yerinin yaradılmasını və onlardan 177 mininin daimi iş yeri olmasını öz çıxışında qeyd etmişdir. Həqiqətən də 2017-ci ilin  yekunları onu göstərir ki,  Azərbaycan iqtisadiyyatı  çox dinamik şəkildə inkişaf edir. Fəxrlə demək  lazımdır ki, bu gün Azərbaycan 140 ölkə arasında 35 ən rəqabət qabiliyyətli ölkə  sırasındadır və MDB  məkanında liderliyi  saxlayır. Bu böyük  uğurumuz, tarixi nailiyyətimizdir.
   Azərbaycan Respublikasının  Prezidenti cənab İlham Əliyevin apardığı uğurlu siyasətin  nəticəsidir ki, bu gün bölgələrlə bərabər Bakıətrafı  qəsəbələrin də sosial-iqtisadi inkişafı  sürətlə davam etdirilir.   Həmişə olduğu kimi  ötən dövrdə də abadlıq və yenidənqurma  işləri Xəzər rayonunda  uğurla davam  etdirilmişdir.
   2017-ci il ərzində rayonun iqtisadi  və sosial həyatında baş verən pozitiv  dəyişikliklər bütün sahələrdə yüksəlişlə müşayət  olunmuşdur.
   Hesabat dövründə rayon ürzə sənaye məhsulu istehsalı 230 milyon 766 min manat  təşkil etmişdir. Sənaye məhsulunun  ümumi həcmində dövlət  sektorunun xüsusi çəkisi 98,2 %  olmuşdur.
   Nəqliyyat sektorunda 1 milyard 579 milyon 457 min manatlıq xidmətlər göstərilmişdir ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 51,3 % çox olmuşdur.
  Rabitə müəssisəsi tərəfindən idarə, müəssisə və təşkilatlara, əhaliyə faktiki  qiymətlərlə  5 milyon 720 min manatlıq və ya  ötən ilin müvafiq dövrü ilə müqayisədə 3 % çox rabitə  xidməti göstərilmişdir.
  Hesabat dövründə  rayonun tikinti kompleksində iqtisadi və sosial  sahələrin inkişafı üçün bütün maliyyə mənbələri hesabına 481 milyon  281 min manat məbləğində investisiya cəlb edilmişdir ki, bu da keçən ilin  müvafiq  dövrünə nisbətən 7,9 dəfə çox olmuşdur. İstifadə edilmiş investisiyaların 90 milyon 773 min manatı tikinti-quraşdırma  işlərinin yerinə yetirilməsinə sərf olunmuş və  əvvəlki ilin müvafiq dövrünə nisbətən 69,2 % çox olmuşdur.
İstehlak və xidmət bazarlarında əhaliyə 872 milyon 455 min manatlıq istehlak malları satılmış və pullu xidmətlər göstərilmişdir. Ticarət şəbəkəsindən satılmış  məhsulların  20,1 %- i hüquqi  şəxs kimi fəaliyyət  göstərən ticarət təşkilatları, 79,9 %-i isə hüquqi şəxs  yaratmadan fəaliyyət göstərən fiziki şəxslər  tərəfindən realizə olunmuşdur.
   Rayonun iqtisadi və sosial sahələrində işləyənlərin  orta aylıq əmək haqqı 646,5 manat, sənaye sahəsində  çalışanların orta aylıq əmək haqqı 467,5 manat,tikinti sektorunda çalışanların orta aylıq əmək haqqı isə 787,9 manat təşkil etmişdir.
   2017-ci il ərzində rayon üzrə 3191 yeni iş yeri açılmışdır. Bunun 59-u yeni yaradılmış müəssisə və təşkilatlar, 857-i mövcud müəssisə və təşkilatlar, 2-i fəaliyyəti bərpa edilmiş müəssisə və təşkilatlar, 2273-ü isə  fiziki şəxslər tərəfindən açılmışdır.
   Hesabat dövrü  ərzində rayon ərazisində  yerləşən idarə, müəssisə və təşkilatlar  tərəfindən çox işlər görülmüşdür. Belə ki,  Xəzər rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyi tərəfindən 2017-ci il ərzində məişət  tullantıları meydançalarından 108554 kubmetr məişət və digər bərk tullantılar yığılaraq daşınmışdır.
    Hesabat dövrundə  birliyin su maşınları ilə  xidməti ərazilər, məcburi köçkünlər, idarə və  təşkilatlar 31251 ton içməli su ilə təmin  edilmişdir.
2017-ci il ərzində müəssisə və təşkilatlardan, o cümlədən Birliyin xidməti ərazilərindən 8440 ton çirkab maye yığılaraq  daşınmışdır.
  Mərdəkan, Binə, Buzovna, Şüvəlan qəsəbələrində və Albalılıq yaşayış massivində  yerləşən çoxmərtəbəli binalarda il ərzində  1000 ədəd tüstü bacaları və havadəyişmə kanalları  təmizlənilmişdir. Albalılıq  dayanacağı 1349 ünvanında yerləşən 4 ədəd  yataqxananın su təminatında yaranan  problemin aradan qaldırılması məqsədilə 140 saylı  MKİS-i tərəfindən 145 metr metal boru  dəyişdirilmiş və su quyusunun nasosu  yenisi ilə əvəz olunmuşdur.
Buzovna qəsəbəsi 136 saylı MKİS-nin xidməti  ərazisində yerləşən 5 ədəd 9 mərtəbəli  yaşayış binalarının lift təsərrüfatlarında  təmir işləri aparılmış, bütün liftlər  işlək  vəziyyətə gətirilmişdir.
  Mənzil fondu  üzrə payız-qış mövsümünə hazırlıqla əlaqədar Birliyin balansında olan yaşayış binalarının dam örtüyünün  8000 m2 hissəsi ruberoidlə cari təmir olunmuşdur. 2017-ci il ərzində Binə qəsəbəsi, R.Məmmədhüseynov  küçəsi 2 saylı 5 mərtəbəli binanın  dam örtüyü əsaslı təmir olunaraq tam  dəyişdirilmişdir. Həmin binalarda  1283m2 ruberoid istifadə olunmuş, binanın 202 paqonmetr su navalçaları yenilənmişdir. Eyni zamanda Şüvəlan qəsəbəsi, Şimal DRES  yaşayış massivi 4 saylı binanın  dam örtüyü  692 m2 dəmir şiferlə yenilənmiş, 408 paqon  metr yeni su navalçaları quraşdırılmışdır. Birliyin xidmət ərazilərində  yerləşdirilmiş məişət tullantıları konteynerlərindən  330 ədədi təmir edilərək rənglənilmişdr. Ayrılmış vəsait hesabına Mərdəkan qəsəbəsinin S.Yesenin küçəsinə 952 m2 , Şüvəlan  qəsəbəsinin «Mayak» ərazisində 2984 m2 və A.İldırım küçəsində 690 m2 olmaqla cəmi  4626 m2 asfalt örtuyü salınmışdır.
1 saylı Xüsusi Təyinatlı MKTB-nin 111 saylı  MKİS-nin xidmət ərazisində yerləşən  Buzovna qəsəbəsi,     R.İmanov küçəsi 4 ünvanındakı binanın su navalçaları, A.Mirzəyev  küçəsi 10 və R.İmanov küçəsi 26, Albalılıq  dayanacağı 2 və 11 saylı binaların, eləcə də G.Məmmədov küçəsi 16 saylı binanın dam  örtükləri ruberoidlə təmir edilmişdir.
    3 saylı Xüsusi Təyinatlı MKTB-nin 112 saylı  MKİS-nin xidmət ərazisində yerləşən 30 ədəd konteyner, eləcə də balansda olan binaların 600 m2 dam örtüyü və 10 ədəd giriş qapıları  təmir edilmiş, 70 m2 şüşə dəyişdirilmiş, 500 m2 divar emulsiya ilə rənglənilmişdir.
    3 saylı Xüsusi Təyinatlı MKTB-nin 155 saylı MKİS-nin xidmət ərazisindəki  B.Əliyev küçəsi 66, 70, 1, 2 saylı , S.Yesenin 92/2 saylı binaların  1500 m2 dam örtüyü təmir edilmiş,  ərazidə olan 100 ədəd  konteyner rənglənilmişdir. S.Yesenin küçəsi 92/2, 8 və 9 saylı binaların  fasadlarının 2000 m2 hissəsi,     B.Əliyev  küçəsi  66 və 70 saylı binaların giriş qapıları  və pilləkən  qəfəsliklərinin 500 m2 hissəsi rənglənilmişdir.
    Xəzər rayon Sukanal İdarəsi tərəfindən 2017-ci il ərzində 12450 paqon metr müxtəlif diametrli su xətti çəkilmiş, 76 paqon metr  köhnəlmiş su boruları  dəyişdirilmişdir. Hesabat dövründə 1810 ədəd su  qəzası aradan qaldırılmışdır ki, onlardan da 85 ədədi binaların zirzəmilərində baş vermiş qəzalardır. Rayon ərazisində 1538 ədədi Smart tipli, 1961 ədədi isə mexaniki sayğac  olmaqla 3499 ədəd  sayğac quraşdırılmış, 74  ədədi smart tipli, 181 ədədi isə  mexaniki sayğac olmaqla 265 ədəd sayğac yenisi ilə əvəz olunmuşdur. Rayon üzrə 19 ədədi  «Dalma tipli» olmaqla 29 ədəd su nasosu  quraşdırılmış, 35 ədədi «Dalma tipli» olmaqla 159 ədəd su nasosu isə təmir edilərək saz vəziyyətə gətirilmişdir.
   Rayon ərazisində kanalizasiya xidmətlərinin yaxşılaşdırılması istiqamətində də bir  sıra işlər görülmüşdür. Kanalizasiya sahəsi üzrə 2650 qəza və tutulma halları aradan qaldırılmış, binaların zirzəmilərində olan köhnəlmiş təmirə ehtiyacı olan 110 metr boru dəyişdirilmiş, 36000 paqon metr müxtəlif  diametrli kanalizasiya xətti yuyulmuşdur. 15 ədəd kanalizasiya baxış quyusu təmir  edilmiş, 4 ədəd baxış quyusu isə yenisi ilə  əvəz olunmuşdur.35 ədəd yağış barmaqlıqları mütəmadi olaraq təmizlənərək tam istismara yararlı vəziyyətə gətirilmişdir.
Bundan əlavə rayon ərazisində mövcud  olan 75 ədəd içməli su bulağı da daim  su ilə təmin edilir və nəzarətdə saxlanılaraq mütəmadi təmir olunur.
   Rayon əhalisinin içməli su ilə təminatının yaxşılaşdırılması məsələsi daim  prioritet  olaraq qalmışdır. Bu  istiqamətdə «Azərsu» ASC-i tərəfindən Tədbirlər Planına uyğun olaraq bir sıra işlər  görülmüşdür. Belə ki, Zirə qəsəbəsində 12548  p/m müxətlif diametrli su xətti çəkilmiş, 455 ev birləşməsi verilmiş, Mərdəkan qəsəbəsində 14800 p/m müxtəlif diametrli su xətti çəkilmiş, 720 ev birləşməsi verilmiş, Şüvəlan qəsəbəsində 11050 p/m  müxtəlif diametrli su xətti çəkilmiş 881  ev birləşməsi verilmiş, Binə qəsəbəsində 2942 p/m müxətlif diametrli su xətti  çəkilmiş, 180 ev birləşməsi verilmiş, Buzovna qəsəbəsində 255 p/m müxtəlif diametrli su xətti çəkilmiş, Şağan qəsəbəsində 11330 p/m müxtəlif diametrli su xətti çəkilmiş, 490 ev birləşməsi verilmiş, Türkan qəsəbəsində 8980 p/m müxtəlif diametrli su xətti çəkilmiş, 205 ev birləşməsi verilmişdir. Qala qəsəbəsində 2750 p/m D 800-lik magistral su xətti  çəkilmişdir.
   Ümumilikdə «Azərsu» ASC tərəfindən  2017-ci il ərzində rayon ərazisində  64655 p/m müxətlif diametrli su xətləri  çəkilmiş, 2931 ədəd su birləşməsi  verilmişdir.
Bakı Regional Qaz İstismar Sahəsinin Xəzər rayonu üzrə Texniki İstismar Xidməti tərəfindən 2017-ci il ərzində rayon  əhalisinin  təbii qazla təmin olunmasında yaranan problemlərin aradan qaldırılması  və qaz təchizatının yaxşılaşdırılması istiqamətində qəsəbələrdə aşağıdakı işlər  görülmüşdür:
   Binə qəsəbəsi üzrə: Donuzkökəltmə sovxozu İslah Əmək Müəssisəsinin ətrafındakı qaz xətti əsaslı təmir olunmuş, 2 ədəd ŞQTM quraşdırılmışdır. Binə qəsəbəsi, Atçılıq yaşayış massivindəki abonentlərin qaz təzhizatını yaxşılaşdırmaq məqsədilə 2 ədəd ŞQTM-700, F.Aynulov küçəsində isə 1 ədəd ŞTQM quraşdırılmışdır.
   Türkan qəsəbəsi üzrə: Üzümçülük sovxozu ərazisində Bağlar yaşayış massivində D 57 mm-lik 500 p/m qaz xətti çəkilmiş, 2 ədəd ŞQTM quraşdırılmışdır.
 Qala qəsəbəsi üzrə: Uzunluğu L=90 p/m d100 mm-lik qaz xətti çəkilmiş, 1 ədəd ŞTQM quraşdırılmışdır.
  Mərdəkan qəsəbəsi üzrə: Qızıl-Qum bağlar massivində abonentlərin qaz təzhizatını yaxşılaşdırmaq məqsədilə D76 mm-lik L=136 p/m, d 57 mm-lik  l=136 p/m qaz xətti  çəkilmişdir. Qəsəbənin R.Cəfərov küçəsində 1 ədəd ŞTQM quraşdırılmışdır.
  Buzovna qəsəbəsi üzrə: Albalılıq yaşayış  massivində D 76 mm-lik, l=80 p/m qaz  xətti çəkilmişdir.   Abşeron küçəsində d108 mm-lik  l=200 p/m, D 57 mm-lik L-020 p/m dairəvi sistem yaradılması məqsədilə yeni qaz xətti çəkilmişdir.
  Şüvəlan qəsəbəsi üzrə:  Sahil küçəsi, Maşınqayırma pansionatına gedən yoldan keçən  d76 mm-lik qaz xəttinin 35 p/m deformasiya edilmiş hissəsi yenisi ilə əvəz olunmuşdur. A.İldırım, Sabir, Maligin, M.Qasımov küçələrində yaşayan abonentlərin qaz təchizatını yaxşılaşdırmaq məqsədilə D 57 mm-lik l=2523 p/m, D 76 mm-lik l=47 p/m, D108 mm-lik l=518 p/m, D159 mm-lik  l=250 p/m D 150 mm-lik l=11 p/m, D32 mm-lik l=89 p/m qaz xətləri çəkilmişdir.
  Xəzər Enerji Təchizatı və Satışı İdarəsi tərəfindən elektrik enerjisi ilə təchizatın yaxşılaşdırılması məqsədilə  müəyyən işlər görülmüşdür. Belə ki, 2017-ci il ərzində  rayon ərazisində 4 KTM və 19 ədəd güc transformatoru dəyişdirilmiş, 5 ədəd yeni KTM quraşdırılmış, 13 ədəd dayaq dəyişdirilmiş, 219 ədəd dayaq basdırılmışdır. 1200 metr y/ç kabel, 10081 metr y/ç naqil, 3757 metr SİP kabel, 1213 metr 0,4 kv kabel dəyişdirilmiş, 11025 metr SİP kabel, 6421 metr 0,4 kv kabel, 6452 metr y/ç kabel, 17900 metr y/ç naqil çəkilmişdir.
    Zirə Enerji Təchizatı və Satışı Sahəsi tərəfindən əhalinin davamlı və keyfiyyətli elektrik enerjisi ilə təmin edilməsi məqsədilə müəyyən işlər görülmüşdür. Belə ki, Zirə qəsəbəsində 1 ədəd yeni KTM quraşdırılmış və bu KTM-ə 3500 metr kabel xətti çəkilmişdir. 2 KTM-də profilaktik təmir işləri görülmüş, 26 KTM və STM təftiş olunmuş, 400 ədəd dayaq rənglənilmişdir.
   Türkan qəsəbəsində 2 ədəd KTM yenisi ilə əvəz  olunmuş, 2 KTM-də 6 kv-luq hava xətləri cari  təmir olunmuş, 17 KTM və 6 TM təftiş olunmuş, 200 ədəd dayaq rənglənilmişdir.
    Xaşa-Xuna yaşayış massivi ərazisindəki TM-də hava xətləri cari təmir olunmuş, 14 KTM və 2 TM təftiş olunmuş, 3500 metr kabel çəkilmiş, 170 dayaq basdırılmış, 100 ədəd dayaq rənglənilmişdir. Zirə-   Türkan magistral yolunun Zirə qəsəbəsi hissəsi kabel keçidləri ilə təmin edilərək yeni quraşdırılmış KTM-ə 1000 metr 6 kv-luq kabel xətti çəkilmiş, yolun Türkan bağları hissəsində 1 ədəd yeni KTM və gücü 180 KVA olan 1 ədəd transformator quraşdırılmışdır.
  Hazırki dövrdə əhalinin  rabitə və informasiya texnologiyalarına çıxış imkanlarının daha yaxşılaşdırılması istiqamətində tədbirlər davam etdirilir. Görülən işlərin nəticəsidir ki, Xəzər Telefon Qovşağının 01.01.2018-ci il tarixinə montaj tutumu 70552 nömrə, abunəçi tutumu isə 58563 nömrə təşkil etmişdir.
    Tarif gəlirləri üzrə 6 milyon 500 min manat proqnoza qarşı 6 milyon 745 min manat gəlir əldə etməklə proqnoz 104 % yerinə yetirilmişdir. Əhaliyə göstərilən rabitə xidmətləri 5 milyon 300 min manat  proqnoza qarşı 5 milyon 955 min manat həcmində xidmət göstərilərək proqnoz 112 % icra edilmişdir. 2017-ci il ərzində Xəzər Telefon Qovşağı tərəfindən 1603 ədəd yeni nömrə sənədləşdirilib, o cümlədən əhaliyə 1516 ədəd, idarə, müəssisələrə 87 ədəd olmuşdur. Qovşağın EATS-lərində genişzolaqlı, yüksəksürətli internet avadanlıqları quraşdırılaraq 3492 ədəd ADSL abunəçilərin isifadəsinə verilmişdir. 2017-ci il ərzində qovşaq üzrə 9688 ədəd ADSL  qoşulmuşdur. 01.01.2018-ci il tarixinə kimi ADSL istifadəçilərinin sayı 31202 nömrə, fiber optik ayrılmış xətti istifadəçilərinin sayı isə 336 nömrə təşkil etmişdir. 2017-ci il ərzində Binə qəsəbəsi, Vaqif küçəsindəki EATS-in tutumu 1000 nömrə artırılmışdır.  Qəsəbə ərazisindən keçən  yeni yolun üstünə düşən  ATS-in binasının boşaldılması üçün yeni  konteyner quraşdırılmış,  xətlər ora köçürülmüşdür.
    «Azərpoçt» MMC tərəfindən 2017-ci il üçün  verilmiş 1096840 manat tarif gəliri proqnozu faktiki olaraq 121064 manat olmaqla 110,4 % icra edilmişdir. Proqnozla müqayisədə  113 803 manat əlavə gəlir əldə olunmuş, ötən ilin müvafiq dövrü ilə müqayisədə isə gəlir artımı 51429 manat təşkil etmişdir.
Keçən ilin müvafiq dövrünün xidmətləri ilə müqayisədə PÖN satışı üzrə 25519 manat,teleqramların qəbullarından 422 manat, elektrik enerjisi haqlarının yığımından 2457 manat, qaz pulu yığımından 5008 manat, su pulu yığımından 1524 manat, vergi ödəmələri qəbulundan 1345 manat, DSMF ödənişlərinin qəbulundan 1526 manat, DYP pullarının  qəbulundan 2126 manat, pul köçürmələri  üzrə 45123 manat, bank-maliyyə xidmətlərindən 2775 manat gəlir artımı əldə olunmuşdur.
Filial üzrə aşağıdakı xidmət növləri üzrə verilmiş tarif gəlirləri proqnozu artıqlaması  ilə yerinə yetirilmişdir.
    Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi  yanında Dövlət Sosial Müdafiə Fondunun  Xəzər rayon  şöbəsində 2017-i il üzrə 1584 nəfər fərdi  sahibkarlıq fəaliyyəti ilə məşğul olan sığortaedən qeydiyyatdan keçmişdir.
   Bundan əlavə Pensiya təyinatı sektoru üzrə 01.01.2018-ci il tarixə olan vəziyyətə görə 17420 nəfər əmək  pensiyaçısına pensiya ödənilir. Hesabat dövrü ərzində  şöbə tərəfindən  əhaliyə pensiya və müavinətlərin ödənilməsi üçün tələb olunan məbləğ 44100.0min manat təşkil etmişdir. Həmin maliyyələşmə 30.12.2017-ci il tarixinə başa çatdırılaraq, 17420 nəfər pensiyaçıya plastik kartlar vasitəsilə pensiyaların  ödənilməsi  təmin edilmiş, onlardan yaşa görə 11152 nəfər, əlilliyə görə 4454 nəfər (o cümlədən I qrup – 520 nəfər, II qrup –3586 nəfər, III qrup- 348 nəfər), ailə başçısının itirilməsinə görə 1814 nəfər pensiyaçıya vəsait ödənilmişdir.
  Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən ölkənin sosial iqtisadi, regionların inkişafına  dair imzaladığı Fərman və Sərəncamlarla təsdiq olunmuş Dövlət     Proqramlarında ölkədə yoxsulluğun aradan qaldırılması, əhalinin, xüsusilə aztəminatlı təbəqələrin məşğulluğunun təmin edilməsi dövrümüzün ən vacib, başlıca vəzifələrindən biri kimi müəyyən edilmişdir. 2017-ci il ərzində işsiz və işaxtaran vətəndaşların sosial müdafiəsini  gücləndirmək məqsədilə Xəzər rayon Məşğulluq Mərkəzinin əsas vəzifəsi bilavasitə işəgötürənlərlə əlaqənin yaradılmasına, boş iş yerləri (vakansiyalar) haqqında məlumatların  tam və dolğun toplanmasına, işaxtaranlara münasib işin seçilməsi müddətinin azaldılmasına, işsizlik dövrünün qısaldılmasına yönəlmişdir.
    Belə ki, 2017-ci il ərzində Mərkəzdə 2518 nəfər işaxtaran vətəndaş qeydiyyata alınmışdır. Onlardan 489 nəfəri 29 yaşadək gənc, 19 nəfəri struktur dəyişikliyi ilə əlaqədar işini itirənlər, 511 nəfəri kadr axıcılığı nəticəsində işdən azad olunanlar, 11 nəfəri hərbi xidmətdən tərxis olunanlar, 86 nəfəri qaçqın və məcburi köçkünlərdir. Hesabat dövründə Mərkəzdə qeydiyyatda olan qeyri-məşğul əhalinin 704 nəfəri münasib işlə təmin edilmişdir. İşlə təmin olunmuş 704 nəfərdən 30 nəfəri kvota üzrə işə düzəlmiş, onlardan  6 nəfəri III qrup əlil, 10 nəfəri  məcburi köçkün, 54 nəfəri 20 yaşadək gənc, 5 nəfəri pensiya yaşına 2 ildən az qalmış şəxs, 2 nəfəri müharibə veteranı olmuş şəxs, 2 nəfər yetkinlik yaşına çatmamış uşaqları tərbiyyə edən tək və çoxuşaqlı valideyn və 1 nəfər isə əlil uşaqları tərbiyyə edən qadındır.
   Mərkəz tərəfindən hesabat dövründə 263 nəfərə işsiz statusu verilmiş və 317 nəfərə işsizlik müavinəti təyin edilmişdir. O cümlədən müavinət təyin edilənlərdən 116 nəfəri qadındır. 2017-ci il üçün təsdiq edilmiş qrafikə əsasən Xəzər rayonunda yerləşən 27 orta ümumtəhsil məktəbində  peşəyonümü ilə bağlı tədbirlər keçirilmiş və ümumilikdə 1160 şagird peşəyönümü məşğələlərinə cəlb olunmuşdur.
   Rayon ərazisində qeydiyyatda olan 1031 müəssisədən 480-ı fəaliyyət  göstərir və onlardan 307-i  qeyri dövlət müəssisəsidir. Fəaliyyətdə olan müəssisə və təşkilatlarlardan Mərkəzə hər ay orta  hesabla  60-a yaxın müəssisə vaxtında hesabat təqdim edir ki, onlardan 45-ə yaxını qeyri dövlət müəssisəsidir. Hər ay orta hesabla 15-20 boş (vakant) iş yeri toplanılıb qeyri məşğul əhaliyə təqdim olunur.
   2017-ci il ərzində Mərkəzə 2518 nəfər müraciət etmişdir. Onlardan iş tələbi ilə müraciət  edən 2196 nəfərdən 704 nəfərin, müavinətlə bağlı müraciət edən 322 nəfərdən 317 nəfərin müraciəti müsbət həll olunmuşdur.
01.01.2018-ci il tarixinə Mərkəzdə 6180 nəfər işaxtaran vətəndaş  qeydiyyatdadır ki, onlardan 1448 nəfəri işsiz statusu almış vətəndaşlardır.
   Əhalinin məşğulluğunu təmin etmək məqsədilə Azərbaycan Respublikasının Prezidenti cənab İlham    Əliyevin tapşırığına əsasən Xəzər rayonuna 327 ştat vahidi iş yeri ayrılmış və rayon ərazisində yaşayan işsiz, aztəminatlı ailələlərin üzvlərindən ibarət 327 nəfər işə qəbul edilmişdir.
   Azərbaycan Respublikasının Sahibkarlığa Kömək Milli Fondu tərəfindən 16 mart 2017-ci il tarixində Xəzər RİH-nin təşkilatçılığı ilə Mərdəkan qəsəbəsində sahibkarlarla növbəti görüş keçirilmişdir. Fond tərəfindən sahibkarlara istixana kompleksinin tikintisi üçün 3 milyon 200 min manat güzəştli kredit verilmişdir ki, bunun da nəticəsində 102 yeni iş yerinin açılması nəzərdə tutulmuşdur. Ümumilikdə    2017-ci il ərzində  Sahibkarlığa Kömək Milli Fondu tərəfindən 10 sahibkarlıq Subkeytinə 11 milyon 720 min manat güzəştli kredit verilmiş, 31 yeni iş yeri açılmışdır.
    Hesabat dövründə rayonun ərazisində tikinti-quruculuq və abadlıq işləri səngiməmiş, daha da geniş vüsət almış, küçə və meydanlar, parklar abadlaşdırılmış, ayrı-ayrı ictimai binalarda, əsas yollarda, daxili küçələrdə təmir işləri aparılmış və yenidən qurulmuş, su və kanalizasiya sistemləri elektrik xətləri yeniləşdirilmiş, yeni xidmət və istehsal müəssisələri, bir sıra sosial-mədəni obyektlər tikilərək əhalinin istifadəsinə verilmişdir.
  Xəzər rayon İcra Hakimiyyətinin daxili imkanları hesabına Mərdəkan, Şüvəlan, Binə, Türkan qəsəbələrində səkilərin və hasarların yenidənqurulması, yolboyu milli və tarixi elementlər nəzərə alınmaqla mövcud tikililərin bərpası işləri  görülmüşdür.
    Hesabat dövrü ərzində Şüvəlan qəsəbəsinin A.İldırım küçəsi-62 saylı binanın 721m2 fasadı və yan divarları təmir edilərək emulsiya ilə boyadılmış, o cümlədən binanın 32,0m2 fasadı suvanmış, 12,0m2 dam örtüyü təmir olunmuş, tüstü bacaları suvanaraq  təmir olunmuş, binanın kürsü hissəsi 105,0m2 aqlay daşla üzlənmiş, pəncərələrin kənarına 350p/m aqlay daş vurulmuşdur.
   A.İldırım küçəsi - 58 saylı binanın 840 m2 fasadı və yan divarları təmir edilərək suvanmış, dam hissəsində şiferin altı 40 p/m paslanmayan metalla üzlənmiş, binanın kürsü hissəsi və pəncərələrin ətrafı 395 p/m aqlay daşı ilə işlənmiş, binaya bitişik ümumi sahəsi 50 m2 hasar yenidən suvanaraq bərpa olunmuşdur.
   Binaların qarşısında yerləşən istirahət parkının  ətrafındakı 70,0m2 hasar mişar daşı ilə hörülərək kənar hissələri 84,0p/m aqlay daşı ilə bəzədilmiş, üz səthi isə fasad üçün nəzərdə tutulmuş suya davamlı emulsiya ilə boyadılmışdır. Parkın ərazisində 475p/m bardür düzülərək sütunlar aqlay daşla üzlənmiş, 643,0m2 tamet vurulmuşdur. Mövcud bulaq sökülərək yenidən tikilmiş və bulağa 30,0 p/m su xətti çəkilərək mərkəzləşdirilmiş sistemə qoşulmuşdur. Hazırda ərazidə abadlıq işləri davam etdirilir.
   Mərdəkan qəsəbəsinin S.Yesenin küçəsində, ATS-in inzibati binasının  qarşısındakı 200 metr uzunluğunda hasar sökülərək, müasir memarlıq üslubunda yenidən qurulmuşdur.
   Qəsəbənin S.Dadaşov küçəsində «İnci» uşaq bağçasının ətrafında 450 m2 hasar  malalanmış, ümumilikdə 1000 m2 divar  və oradakı küçəyə çıxış qapıları  rənglənilmişdir.
Aeroport-Mərdəkan magistral yolunun sağ tərəfində, qəsəbənin girişində «Mərdəkan» adını əks etdirən, hündürlüyü 8 metrə çatan dəmir-beton konstruksiyadan ibarət postamentin tikintisi yekunlaşmışdır. Postamentin sütunları, kürsüsü və yuxarı hissəsi 280 p/m aqlay daşla üzlənərək, 10 m2 mərmər qranitlə bəzədilmiş, müasir işıqlandırma sistemi ilə təchiz edilmişdir.
Mərdəkan qəsəbəsində Zabitlər evinin 144,0m2 köhnə hasarları sökülərək yenidən tikilmiş, 390p/m aqlay daşı ilə üzlənmişdir. 
   Rayon İcra Hakimiyyətinin inzibati binasının ətrafındakı ümumi sahəsi 730,0m2 olan hasar təmir edilərək, suya davamlı iki qat emulsiya ilə boyadılmışdır.
Binə qəsəbəsində Ə.İsazadə küçəsi, mərkəzi yolun ümumi görünüşə xələl gətirən sağ və sol hissəsində 13 ədəd müxtəlif təyinatlı 1480m2 ölçüdə tikinti obyektlərinin fasadları aqlay daşları ilə üzlənmişdir.
   Yeni çəkilən Zirə-Türkan avtomobil yolunun  sağ və sol hissəsində 3380 m2 tikinti işləri aparılmış, 174 ədəd işıq dirəyi basdırılaraq  xəttə qoşulmuş, 5535 m2  malalama və rənglənmə işləri görülmüşdür.
   Bu günün ən vacib  məsələlərindən biri də  yaşıllıqların salınması və onlara qulluq edilməsinin təşkilidir. Bildiyiniz kimi 2016-cı il ərzində rayon ərazisində 99320 ədəd müxtəlif növ ağac əkilmiş və     2017-ci ildə də bir o qədər ağac əkilməsi nəzərdə tutulmuş və icra edilmişdir. Belə ki, 2017-ci il ərzində Mərdəkan qəsəbəsində 2238, Şüvəlan qəsəbəsində 2074, Binə qəsəbəsində  600, Türkan qəsəbəsində 7597, Buzovna qəsəbəsində 360, Qala qəsəbəsində 1250, Şağan qəsəbəsində 700,    Zirə qəsəbəsində isə 5070 ədəd ağac əkilmişdir. Ümumilikdə İcra Hakimiyyəti, qəsəbə numayəndəlikləri və bələdiyyələr tərəfindən 19889 ədəd,  «İdeya» İctimai Birliyi  və ayrı-ayrı idarə, müəssisə və təşkilatlar tərəfindən isə 25690 ədəd olmaqla 45579 ədəd ağac əkilmişdir.  Bundan başqa  YAP-ın  yaranmasının 25-ci ildönümü münasibətilə Qala-Türkan yolunun sağ  tərəfində keçirilən  geniş ağacəkmə kompaniyasında 10000 badam ağacı  əkilmiş, Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə  birlikdə 19000 ədəd badam ağacı əkilmiş, həmçinin Bakı  Abadlıq Müəssisəsi tərəfindən Aeroport-Zaqulba magistral yolunun  kənarında 25000 ədəd müxtəlif növ ağac əkilmişdir. Beləliklə rayon üzrə ümumilikdə 99579 ədəd müxtəlif  növ ağac əkilmiş və onlara aqrotexniki qulluq göstərilməkdədir.
    Hesabat dövrundə rayon ərazisində asfalt yollarının çəkilişi, əsaslı və cari təmiri  istiqamətində bəzi işlər görülmüşdür. Belə ki, cənab Prezident İlham Əliyevin tapşırığına əsasən Zirə  və Türkan  qəsəbələrini birləşdirən 7,2 km uzunluğunda, 7 metr enində olan  yolun asfaltlaşdırılması başa çatdırılmışdır. «Azəravtoyol» ASC tərəfindən həmin yola 50400 m2 asfalt örtüyü salınmış, 10000 p/m bardür düzülmüşdür. Hazırda tamamlanma işləri gedir.
   Bakı şəhər İcra Hakimiyyəti tərəfindən rayonun Mərdəkan, Şüvəlan  qəsəbələrində  daxili küçələrə 12472 m2 asfalt salınmış, 345 p/m bardür düzülmüşdür. Bununla yanaşı Xəzər RİH-nin daxili imkanları hesabına rayonun Şağan qəsəbəsində  13000 m2, Buzovna qəsəbəsində 5610 m2 , Binə  qəsəbəsində  2000 m2, Şüvəlan  qəsəbəsində  15560 m2, Türkan qəsəbəsində 370 m2, Zirə qəsəbəsində 1200 m2, Mərdəkan qəsəbəsində 15311 m2 olmaqla 53051 m2 asfalt örtüyü salınmış,      Qala, Türkan, Binə,  Buzovna, Şağan qəsəbələrində isə 19,5 km yol  cari təmir olunmuşdur.
    Hal-hazırda rayonda «İnci»  uşaq bağçası, Müalicə Pansionatı, Dövlət Sərhəd Xidmətinin Xüsusi Məktəbinin yeni  korpusu, Şüvəlan qəsəbəsindəki «Şimal» Elektrik Stansiyasının 2-ci blokunun tikintisi, Buzovna  qəsəbəsində İdman Mərkəzi, 7 saylı  Vərəm Əleyhinə Dispanser, Tibbi Reabilitasiya  Mərkəzi, Gindes  adına Uşaq Sümük-Vərəm  Sanatoriyası, Şağan qəsəbəsində Mədəniyyət Mərkəzi və Şahmat Məktəbi, Zirə  qəsəbəsində qədim tarixə malik kənd  hamamı, B.Sərdarov adına zavodun filialı,     Türkan qəsəbəsində  İdman Mərkəzi, Qala qəsəbəsində GEMS-Dünya  Akademiyası, İdman Mərkəzi kimi obyektlərində təmiri və tikinti işlərinə yenidən başlanılmışdır.
Sevindirici haldır ki, cənab Prezident İlham Əliyevin müvafiq sərəncamı ilə Şağan Mədəniyyət Mərkəzi üçün  Mədəniyyət və Turizm Nazirliyinə vəsait ayrılmış, hazırda  orada tamamlanma işləri görülməkdədir.
   Bununla yanaşı cənab Prezident İlham Əliyevin rayonumuza olan diqqəti  nəticəsində bəzi sosial problemlərin aradan qaldırılması  məqsədilə verdiyi  müvafiq sərəncamlara uyğun olaraq aidiyyatı qurumlara ayrılan vəsait hesabına 2017-ci il ərzində Zirə-Türkan yolunun çəkilişi başa  çatmış, Binə, Mərdəkan, Şağan, Şüvəlan qəsəbələrinin eləcə də Türkan və Zirə qəsəbələrinin su təchizatı və kanalizasiya  sistemlərinin yaxşılaşdırılması istiqamətində işlər intensiv davam etdirilməkdədir.
   Hesabat dövründə  rəsmi dövlət  bayramları və ictimai siyasi əhəmiyyət kəsb edən digər  tarixi hadisələrlə bağlı  rayon  ərazisində  geniş ictimaiyyətin iştirakı  ilə bir çox kütləvi  tədbirlər keçirilmişdir.
Belə ki, yanvar ayının 12-də RİH-nin təşkilatçılığı ilə Mərdəkan Mədəniyyət Sarayının qarşısındakı meydanda gənclərin hərbi xidmətə yola salınması mərasimi keçirilmişdir.
    20 yanvar tarixində RİH Aparatı, ictimaiyyət  nümayəndələri  20 yanvar hadisəsinin 27-ci ildönümü ilə əlaqədar Şəhidlər Xiyabanına ziyarət  etmişlər.
   2 fevral tarixində RİH Aparatının  nümayəndələrinin, Millət vəkili R.Əliyevin, YAP Xəzər rayon təşkilatının sədri N.Əhmədovun iştirakı ilə Zirə Mədəniyyət  Mərkəzi-Eko Parkda Gənclər Günü münasibətilə tədbir keçirilmişdir.
    10 fevral tarixində  Xəzər  RİH-nin Aparatında sahibkarlarla «Azexport.az» portalının  əməkdaşlarının birgə tədbiri təşkil edilmişdir.
  26 fevral tarixində Bakı şəhərində Xocalı  Soyqırımının 25-ci ildönümü münasibətilə  keçirilən möhtəşəm yürüş aksiyasında Xəzər rayon ictimaiyyətinin iştirakı təşkil  edilmişdir.
   7 mart tarixində «8 mart - Beynəlxalq Qadınlar Günü» münasibətilə Zirə EKO parkda tədbir təşkil edilmiş, bayram süfrəsi açılmış,  50 nəfər fəal qadın  RİH-nin  Başçısı tərəfindən mükafatlandırılmışdır.
   16 mart tarixində «Ölkəmizi tanıyaq» tur aksiyası çərçivəsində Naxçıvan  MR-a səfərə gedən məktəblilər yola salınmış, 19 mart tarixində qarşılanma mərasimi  keçirilmişdir.
   17 mart tarixində H.Əliyev Fondu tərəfindən  rayonun 4000 nəfər aztəminatlı  ailəsinə, şəhid ailələrinə, qarabağ əlillərinə və  eyni zamanda 4000 nəfər  ünvanlı sosial yardım alan şəxslərə       «Novruz» bayramı münasibətilə ərzaq  yardımının paylanılması təşkil edilmişdir.
18 mart tarixində Binə qəsəbəsində Novruz bayramı münasibətilə  bayram süfrəsi  açılmış, ümumrayon tədbiri keçirilmişdir. Tədbirdə RİH-nin Başçısı G.İslamov, Millət vəkili R.Əliyev, YAP rayon təşkilatının  sədri N.Əhmədov, idarə, müəssisə, təşkilat  rəhbərləri və sakinlər iştirak etmişlər.
31 mart - Azərbaycanlıların Soyqırımı  ilə bağlı 123 №-li  məktəbdə Anım mərasimi  keçirilmişdir.
    2017-ci  ilin may ayında Ulu Öndər Heydər Əliyevin  anadan olmasının 94-cü ildönümü münasibətilə YAP rayon təşkilatı ilə birlikdə rayonda silsilə tədbirlər keçirilmişdir. Rayon ictimaiyyəti nümayəndələrinin iştirakı ilə Ulu Öndər H.Əliyevin məzarı ziyarət edilmiş və H. Əliyev Mərkəzinə səfər təşkil edilmişdir. H.Əliyevin xatirəsinə həsr edilmiş futbol,  güləş yarışları təşkil edilmiş  və qaliblər mükafatlandırılmışdır. Bundan əlavə  Buzovna-Şüvəlan magistral yolunun ətrafında   ağacəkmə kompaniyası keçirilmişdir.
   9 may - Qələbə günü, 28 may – Respublika günü , 15 iyun - Milli Qurtuluş günü, 18 oktyabr-Dövlət Müstəqilliyi günü, 9 noyabr-Dövlət Bayrağı günü,  17 noyabr-Milli Dirçəliş günü, 31 dekabr–Dünya     Azərbaycanlılarının Həmrəyliyi  günü  münasibətilə də  bir çox tədbirlər həyata keçirilmişdir.
23 iyun 2017-ci il tarixində Xəzər RİH-i Aparatında Dövlət Qulluqçularının peşə bayramı münasibətilə geniş  tədbir keçirilmiş və rəhbərlik  dövlət qulluqçularını bayram münasibətilə təbrik etmişdir.
   11 avqust 2017-ci il tarixdə  Xəzər rayon Gənclər evində 12 avqust Beynəlxalq Gənclər gününün rayonda yüksək səviyyədə qeyd edilməsi, asudə vaxtın səmərəli təşkili, gənclərin öz bacarıqlarını nümayiş etdirməsi məqsədilə gənclər üçün bayram tədbiri keçirilmişdir.
    15 sentyabr - Bilik Günü  ilə əlaqədar  12 sentyabr 2017-ci il tarixində  təhsil müəssisələrinin yeni     2017/2018-ci tədris  ilinə hazırlığı ilə bağlı  RİH Başçsı yanında Şura iclası keçirilmiş, vəziyyət təhlil edilmiş, aparılmış  monitorinqin nəticələri haqqında Bakı şəhəri üzrə Təhsil İdarəsinə  və  təhsil müəssisələrinə göndərilmişdinr.
   Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən əhalinin tibbi müayinədən keçməsi ilə əlaqədar olaraq 15 fevral- 15 may 2017-ci  il tarixində rayon əhalisinin 108114 nəfəri tibbi müayinədən keçmişdir.
    Rayon rəhbərliyinin təşəbbüsü ilə 01 iyun –22 iyun 2017-ci  il  tarixində «Səyyar ASAN» xidmət avtobusu rayonun Türkan və Zirə qəsəbələrində, 12-26 sentyabr tarixində Binə qəsəbəsində, 15-29 dekabr Mərdəkan qəsəbəsində   olmuş  və 3500-ə yaxın sakin xidmətdən yararlanmışdır.
Sevindirici haldır ki, Azərbaycan Respublikasının  Prezidenti cənab İlham Əliyev 2017-ci il ərzində rayonumuzun qəsəbələrində bir neçə obyektin açılış mərasimində  iştirak etmiş, rayon ictimaiyyətinin nümayəndələri ilə çox səmimi  görüş keçirmiş, onları dinləmiş və qiymətli tövsiyyələrini vermişdir. Belə ki, 13 yanvar və 24 avqust 2017-ci il tarixlərində cənab Prezident Türkan qəsəbəsində  yerləşən Dövlət Sərhəd  Xidməti Sahil Mühafizəsinin Gəmi İnşası və Təmiri zavoduna  gəlmiş, orada inşası başa çatan      «Tufan» gəmisi və yeni  xüsusi texnikalar ilə tanış  olmuşdur.
10 may 2017-ci il tarixində cənab Prezident İlham Əliyev, I Vitse Prezident Mehriban xanım Əliyeva və ailə üzvləri Qala-Türkan yolunun sol tərəfində Ulu Ondər Heydər Əliyevin anadan olmasının 94-cü ildönümünə həsr edilmiş ağacəkmə aksiyasında iştirak etmişlər.
    08 sentyabr 2017-ci il tarixində cənab  Prezident Buzovna qəsəbəsinə gəlmiş, orada inşa olunmuş «Təhsil Respublika İdman Mərkəzi»-nin Zaqulba  Tədris İdman Bazasının açılışında iştirak etmişdir.
04 dekabr 2017-ci il tarixində cənab Prezident Zirə qəsəbəsinə gəlmiş və orada yeni yaradılmış «Bakı Aqropark»-da görülmüş işlərlə tanış olmuşdur.
Ümumilikdə son on bir il ərzində cənab Prezident İlham Əliyev rayonumuza 63 dəfə səfər etmişdir.     Rayonumuza olan hər bir səfər yeni obyektin açılışı, növbəti bir obyektin isə təməlinin qoyulması deməkdir ki, bu da sakinlərin rifah halının daha da yaxşılaşdırılmasının bariz nümunəsidir.
2017-ci il ərzində baş verən ən önəmli hadisələrdən biri də rayonumuzdan olan Millət vəkili Mehriban xanım Əliyevanın  Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 21 fevral 2017-ci il tarixli  sərəncamı ilə I Vitse Prezident təyin  olunması olmuşdur. Mehriban xanım Əliyeva  I Vitse     Prezident kimi ilk səfərini  1 mart 2017-ci il tarixdə Türkan qəsəbəsindəki  6 №li Nitqi qüsurlu uşaqlar üçün internat  evinə  etmiş, orada rayon rəhbərliyi və  bir qrup sakinlə görüşərək gələcək planlar  barədə çox səmimi söhbət etmişdir. 
   2017-ci ildə qarşıda duran ən vacib məsələlərdən biri də vətəndaşların müraciətlərinə diqqətlə baxılması, onların həll olunması üçün maksimum tədbirlərin görülməsindən ibarət olmuş və bu məqsədlə rayon İcra Hakimiyyətində idarə, müəssisə, təşkilat rəhbərlərinin, qəsəbə nümayəndələri  və bələdiyyə sədrlərinin iştirakı ilə 2 Şura iclası, 10 müşavirə keçirilmiş, müraciətlərə baxılmasında  diqqətli, həssas olmaq tapşırılmışdır. Eyni zamanda qəsəbə nümayəndəliklərində İcra Hakimiyyətinin  məsul əməkdaşlarının iştirakı ilə hər qəsəbədə 1 dəfə olmaqla bu məqsədlə 8 iclas keçirilmişdir. Ümumiyyətlə vətəndaşların müraciətlərinə baxılması ciddi nəzarətdə saxlanılır.
   2017-ci il ərzində  Xəzər rayon İcra Hakimiyyəti Aparatına 2805 ərizə, şikayət və müraciət, 2149 xidməti  sənəd daxil olmuşdur. Daxil olmuş 2805 ərizə və müraciətlərdən 1124 ərizə müsbət həll edilmiş, 1519 ərizə və müraciətə  lazımı  izahat və təkliflər  verilmiş, 21 ərizə  aidiyyatı  üzrə göndərilmiş, 8 ərizə əsassız sayılmış, 52 ərizə isə icraatdadır. Müqayisə üçün qeyd olunmalıdır ki, daxil olan ərizə və şikayətlərin sayı ötən  ilin müvafiq dövrünə nisbətən 16 % azalmışdır.
   Hesabat dövründə Xəzər rayon İcra Hakimiyyəti Başçısının qəbulunda 83 vətəndaş olmuşdur. Ötən dövrdə vətəndaşların İcra Hakimiyyətində qəbul  edilməsinin və müraciətlərinə baxılmasının  bir qismi elektron formada həyata keçirilmişdir.
   2017-ci il ərzində  RİH-i Başçısı  tərəfindən qəsəbələrdə 24 səyyar qəbul keçirilmiş, bu görüşlərdə 3107 nəfər vətəndaş iştirak  etmiş və 84 müraciət səsləndirilmişdir. 
  Müraciətlərdən asfalt örtüyünün salınması, təbii qaz problemləri, su-kanalizasiya və nəqliyyat  problemləri üstünlük təşkil etmişdir.  Səyyar qəbullarda səsləndirilmiş müraciətlərin əksəriyyəti müsbət həll olunmuş, digər məsələlərlə  bağlı isə aidiyyatı  qurumlara  məktublar göndərilmişdir.
Keçirilən səyyar  görüşlərdə Millət vəkili Rauf Əliyev də iştirak edərək sakinləri narahat edən problemlərin həlli istiqamətində görülmüş və  görüləcək işlər barədə ətraflı məlumat vermişdir.
    2017-ci ilin yekunlarına dair qəsəbə nümayəndəliklərinin hesabat yığıncaqlarında  səslənən təklif və müraciətlərdən bir daha  məlum olur ki, görülən işlərlə yanaşı yerlərdə  hələ də həllini tapmamış bəzi problemlər qalmaqdadır.
    Sakinləri ən çox narahat edən bir sıra problemlərin həllinə artıq nail olunmuşdur. Belə ki, Xəzər rayon     İcra Hakimiyyəti tərəfindən görülən tədbirlər  nəticəsində Şüvəlan qəsəbəsinin  Mayak  ərazisində bir neçə il öncə çəkilmiş qaz xətti şəbəkəsinə təbii qazın verilməsi tam təmin edilmiş, Binə qəsəbəsinin Xəqani, Məmmədyarov, Rəhmanov, Abbasov küçələrində illərlə dayandırılmış təbii qaz təchizatı tam bərpa olunmuş, Binə  qəsəbəsinin mərkəzi Əli İsazadə küçəsi yenidən qurularaq  istifadəyə verilmiş, Qala-Pirallahı avtomobil yolunda yeni piyada keçidi quraşdırılmış, Buzovna yolunda piyada keçidinin tikintisinə başlanılmışdır. Nəqliyyat problemi ilə bağlı isə nəzərinizə çatdırım ki,     Heydər Әliyev Fondu tәrәfindәn rayonumuza  4 ədəd yeni avtobus ayrılmış və yaxın vaxtlarda xəttə buraxılacaqdır. 
   Digər  problemlərin həlli istiqamətində isə xüsusilə Buzovna qəsəbəsinin Albalılıq yaşayış massivinin qazlaşdırılması, hündürmərtəbəli binaların istilik təchizatının bərpası, qəsəbədaxili küçələrin asfaltlaşdırılması, magistral yollarda piyada keçidlərinin qurulması ilə bağlı aidiyyatı qurumlara yenidən müraciətlər  ediləcək və həmin problemlərin həll olunması üçün  təxirəsalınmaz tədbirlər görüləcəkdir.
   Xəzər rayon İcra Hakimiyyəti  mütəmadi olaraq rayon sakinlərini, eləcə də rayon ərazisində müvəqqəti  məskunlaşmış məcburi köçkün ailələrini  narahat edən problemləri öyrənir, onların həlli istiqamətində qabaqlayıcı tədbirlər görür, ölkə Prezidentinin qarşımıza  qoyduğu tapşırıqların yüksək səviyyədə yerinə yetirilməsinə ciddi əməl edir və edəcəkdir.
   Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin  09 oktyabr 2017-ci il tarixində keçirdiyi müşavirədə Yerli İcra Hakimiyyətlərinə  də bir sıra tapşırıqlar verilmişdir. Bunlardan  biri də yerli və xarici investorların cəlb edilməsilə ərazidə istehsal  müəssisələrinin, sahibkarlıq subyektlərinin yaradılması, eləcə də  yeni iş yerlərinin açılması ilə bağlı olmuşdur. Cənab Prezidentin tapşırığını rəhbər tuturaq Xəzər RİH-nin müvafiq şöbələrinə,  qəsəbə nümayəndələri və bələdiyyə sədrlərinə yerli  və xarici investorların rayonumuza cəlb edilməsi istiqamətində daha səmərəli fəaliyyət  göstərmələri,   aidiyyatı idarə, müəssisə və təşkilat  rəhbərlərinə  isə onlar üçün lazımi şəraitin  yaradılması məqsədilə müvafiq işlərin görülməsi tapşırılmış və bu işlər ciddi nəzarətə  götürülmüşdür.
   2017-ci ilin «İslam Həmrəyliyi ili» elan edilməsi ilə əlaqədar İcra Hakimiyyəti tərəfindən bu istiqamətdə  tədbirlər planına uyğun olaraq bütün tədbirlər həyata keçirilmişdir.
   Cənab Prezident İlham Əliyev tərəfindən 2018-ci ilin «Cumhuriyyət İli» elan edilməsi ilə əlaqədar olaraq Rayon İcra Hakimiyyəti geniş Tədbirlər Planı hazırlamış və bu plana uyğun  tədbirlər həyata keçiriləcəkdir.
   Bildiyiniz kimi 2018-ci ilin 11 aprel tarixində Prezident seçkiləri keçiriləcəkdir. Seçki Məcəlləsinə  uyğun olaraq Xəzər rayon İcra Hakimiyyətinin  üzərinə düşən bütün  təşkilati  işlərin yüksək keyfiyyətlə həyata keçirilməsi tərəfimizdən təmin  ediləcəkdir.
    Prespektivdə Xəzər rayon İcra Hakimiyyəti tərəfindən aparılan abadlıq-quruculuq işləri çərçivəsində     Şüvəlan qəsəbəsi, A.İldırım  küçəsindəki  daha 2 binanın təmir-bərpa işlərinin yekunlaşdırılması, orada yerləşən istirahət  parkındakı yenidənqurma işlərinin başa çatdırılması, Mərdəkan, Binə və     Buzovna qəsəbələrindəki bəzi hündürmərtəbəli  binaların təmir edilməsi, Binə qəsəbəsində yeni istirahət parkının tikintisi, qəsəbədaxili küçələrə asfalt  örtüyünün salınması, qəsəbələrin ərazilərində,  yolların kənarlarında yaşıllıqların salınması  və bu kimi digər işlər durur. Əmin ola bilərsiniz ki,  bu işlərin  öhdəsindən də layiqincə gələcəyik.
    Xəzər RİH-i  cari ildə də sakinlərin rahat, firavan yaşamasına yönələn bu kimi layihələrin həyata keçirilməsi üçün müvafiq işlər görəcək,  Azərbaycan Respublikası Prezidentinin fərman, sərəncam və tapşırıqlarının vaxtında və keyfiyyətlə  icrası, vətəndaşlarımızın layiq olduqları rifahlı yaşayışın təmin edilməsi üçün  bütün imkanları səfərbər edərək qarşıya qoyulan vəzifələrin öhdəsindən layiqincə gəlməyə çalışacaqdır.

 

Keçidlər