Şriftin ölçüsü :

Saytın rəngi :

`

2017-ci ilin 9 ayı ərzində Xəzər rayonunun
          sosial-iqtisadi inkişafının yekunlarına dair
               H E S A B A T

        09 oktyabr 2017-ci il tarixində Azərbaycan  Respublikasının Prezidenti cənab İlham Əliyevin sədrliyi  ilə Nazirlər Kabinetinin 2017-ci ilin 9 ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda  duran vəzifələrə həsr olunmuş iclası keçirilmişdir. Ölkə başçısı 9 ay ərzində iqtisadi islahatların daha da sürətlə   aparılmasını və bu sahədə bir çox sərəncam və qanunların  imzalanaraq qəbul edilməsini qeyd etmişdir. Biznes mühitinin yaxşılaşdırılması, ixrac potensialının artırılması, bütün bu  istiqamətlər üzrə çox ciddi qərarlar qəbul edilmişdir. Cənab Prezident 9 ay ərzində qeyri-neft sektorunun 2,5 %, kənd təsərrüfatının 2,8 %, xarici ticarət  dövriyyəsinin 7 % artmasını, ixracın idxaldan 4,4 milyard dollardan çox olmasını xüsusi qeyd etmişdir. Eyni zamanda valyuta  ehtiyatlarımızın 2017-ci ilin 9 ayı ərzində 4,5  milyard dollar artaraq 42 milyard dollar  səviyyəsinə çatması da qeyd edilmişdir.
    Azərbaycan Republikasının  Prezidenti cənab İlham Əliyev 9 ay  ərzində 226 min yeni iş yerinin yaradılmasını və onlardan 171 mininin daimi iş  yerinin olmasını  öz çıxışında qeyd etmişdir. Həqiqətən də        2017-ci ilin 9 ayının yekunları onu  göstərir ki, Azərbaycan iqtisadiyyatı çox dinamik şəkildə inkişaf edir. Fəxrlə  demək  lazımdır ki, bu gün Azərbaycan 140 ölkə arasında 35 ən rəqabət qabiliyyətli ölkə sırasındadır və  MDB məkanında liderliyi saxlayır. Bu böyük  uğurumuz, tarixi nailiyyətimizdir.
     Bu gün Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin apardığı uğurlu siyasətin nəticəsidir  ki,  bölgələrlə bərabər  Bakıətrafı  qəsəbələrin də sosial-iqtisadi inkişafı sürətlə davam etdirilir. Həmişə olduğu kimi ötən dövrdə də abadlıq və  yenidənqurma işləri Xəzər rayonunda uğurla  davam etdirilmişdir.
2017-ci ilin 9 ayı ərzində  rayonun iqtisadi  və sosial həyatında baş verən pozitiv  dəyişikliklər bütün sahələrdə yüksəlişlə müşayət  olunmuşdur. Belə ki, rayon üzrə sənaye məhsulu istehsalı 139 milyon 828 min manat təşkil etmişdir. Sənaye məhsulunun  ümumi həcmində  dövlət sektorunun xüsusi çəkisi 98,1 % olmuşdur.
     Nəqliyyat sektorunda 1 milyard 85 milyon 496 min  manatlıq  xidmətlər göstərilmişdir ki, bu da  ötən ilin eyni dövrü ilə müqayisədə 44,8 % çox  olmuşdur.
Rabitə müəssisəsi tərəfindən idarə, müəssisə və  təşkilatlara, əhaliyə faktiki qiymətlərlə 4 milyon 244 min manatlıq rabitə xidməti  göstərilmişdir.
    Hesabat dövündə rayonun tikinti kompleksində  iqtisadi və sosial sahələrin inkişafı  üçün bütün maliyyə mənbələri hesabına 292 milyon 720 min  manat məbləğində investisiya cəlb edilmişdir ki,  bu da keçən ilin müvafiq  dövrünə nisbətən 5,6 dəfə çox olmuşdur. İstifadə edilmiş investisiyaların 10 milyon 269 min manatı  tikinti-quraşdırma işlərinin yerinə yetirilməsinə sərf olunmuş və əvvəlki ilin müvafiq dövrünə  nisbətən 21,9 % çox olmuşdur.
    İstehlak və xidmət bazarlarında  əhaliyə 572 milyon 174 min manatlıq istehlak  malları satılmış və pullu xidmətlər göstərilmişdir.
    Ticarət şəbəkəsindən satılmış məhsulların 17 %-i hüquqi şəxs kimi fəaliyyət göstərən ticarət  təşkilatları, 83 %-i isə hüquqi şəxs yaratmadan  fəaliyyət göstərən fiziki şəxslər tərəfindən realizə  olunmuşdur.
    Rayonun iqtisadi və sosial sahələrində  işləyənlərin orta aylıq əmək haqqı 461 manat, tikinti sektorunda çalışanların  orta aylıq əmək haqqı  239 manat, sənaye sahəsində çalışanların orta  aylıq əmək haqqı 641 manat təşkil etmişdir.  Hesabat dövründə rayon üzrə 2378 yeni iş yeri  açılmışdır. Bunun 7-i yeni  yaradılmış  təşkilatlar, 537-i  mövcud müəssisə və təşkilatlar, 1834-ü isə fiziki şəxslər tərəfindən  açılmışdır.     Ümumilikdə son 14 il ərzində rayon ərazisində 23 min 387 yeni iş yeri açılmışdır.
   Dövlət Sosial Müdafiə Fondunun Xəzər rayon şöbəsində 2017-ci ilin 9 ayı üzrə 1234 nəfər  fərdi sahibkarlıq fəaliyyəti ilə məşğul olan  sığortaedən  qeydiyyatdan keçmişdir. Bundan  əlavə Pensiya təyinatı sektoru  üzrə 01 oktyabr 2017-ci il tarixə olan vəziyyətə görə 17415 əmək  pensiyaçısına pensiya  ödənilir.     Hesabat dövrü  ərzində şöbə tərəfindən əhaliyə pensiya və  müavinətlərin ödənilməsi üçün tələb olunan  məbləğ 39 milyon 645 min 500 manat təşkil  etmişdir. Həmin  maliyyələşmə 31 sentyabr 2017-ci il tarixinə başa çatmışdır. Qeyd etmək  lazımdır ki, 17415 nəfər  pensiyaçıya plastik  kartlar vasitəsilə pensiyaların ödənilməsi  təmin edilmişdir. Hal-hazırda  rayon üzrə 2102 nəfər 316 min 393 manat  məbləğində ünvanlı dövlət sosial yardımı alır.
     Azərbaycan Respublikasının Sahibkarlığa kömək Milli Fondu tərəfindən  16 mart 2017-ci il tarixində Xəzər RİH-nin təşkilatçılığı ilə Mərdəkan  qəsəbəsində sahibkarlarla növbəti görüş keçirilmişdir. Fond tərəfindən sahibkarlara istixana kompleksinin  tikintisi üçün 3 milyon 200 min manat güzəştli  kredit verilmişdir ki, bunun da nəticəsində 102 yeni iş yerinin açılması nəzərdə tutulmuşdur. Ümumilikdə 2017-ci ilin 9 ayı ərzində 9 sahibkarlıq subyektinə 11 milyon 705 min manat  güzəştli kredit  verilmiş və 28 yeni iş yeri açılmışdır.
   Əhalinin Məşğulluğunu təmin  etmək məqsədilə Azərbaycan Respublikasının Prezidenti  cənab İlham Əliyevin tapşırığına əsasən  Xəzər rayonuna 327 ştat vahidi işçi yeri ayrılmış və rayon ərazisində yaşayan, işsiz, aztəminatlı ailələrin üzvlərindən ibarət 327 nəfər işə qəbul  edilmişdir. Bütün qəsəbələri əhatə edən həmin  işçi qrupu ərazidə,   park və meydanlarda, yol kənarlarında, məhəllədaxili  küçələrdə təmizlik  işləri aparır və vaxtı-vaxtında əmək haqlarını alırlar.
    2017-ci ilin 9 ayı ərzində Rayon Məşğulluq Mərkəzində 2022 nəfər işaxtaran vətəndaş qeydiyyata alınmış və 660 nəfəri münasib işlə təmin edilmişdir. Hesabat dövründə 215 nəfər işsiz vətəndaşa işsizlik statusu verilmiş və 262 nəfərə işsizlik müavinəti təyin edilmişdir.
    Xəzər Rayon Mənzil Kommunal Təsərrüfatı Birliyi tərəfindən 2017-ci ilin 9 ayı ərzində məişət tullantıları  meydançalarından 82 min 109 kub metr məişət və digər bərk tullantılar  yığılaraq daşınmışdır. Birliyin su maşınları  ilə 9 ay ərzində xidməti ərazilər, məcburi  köçkünlər, idarə və təşkilatlar  23 min 822 ton içməli su ilə təmin edilmiş, 6285 ton çirkab maye yığılaraq daşınmışdır.
    Mərdəkan, Binə, Buzovna, Şüvəlan  qəsəbələrində və Albalılıq yaşayış massivində yerləşən  çoxmərtəbəli binalarda 135 mənzilin tüstü  bacaları  və havadəyişmə kanalları «Təmiz Baca» MMC, 600 mənzilin tüstü bacaları isə MKİS-ləri tərəfindən təmizlənilmişdir. Albalılıq  dayanacağı, keçid 1349 ünvanında  yerləşən 4 ədəd yataqxananın su  təminatında yaranan  problemin aradan qaldırılması  məqsədilə 140 saylı MKİS-i tərəfindən 145 metr  metal boru dəyişdirilmiş və su quyusunun  nasosu yenisi ilə əvəz olunmuşdur.
   Buzovna qəsəbəsi, 136 saylı MKİS-nin xidməti  ərazisində yerləşən 5 ədəd 9 mərtəbəli yaşayış  binalarının lift təsərrüfatında təmir işləri  aparılmış, bütün liftlər işlək vəziyyətə gətirilmişdir.  Mənzil fondu üzrə payız-qış  mövsümünə  hazırlıqla  əlaqədar Birliyin balansında olan  yaşayış binalarının dam  örtüyü 3000 kv.metr  hissəsi ruberoidlə təmir edilmişdir.
   Binə qəsəbəsi, Rizvan Məmmədhüseynov  küçəsi 2 saylı 5 mərtəbəli binanın dam  örtüyü əsaslı təmir olunaraq tam dəyişdirilmişdir. Həmin  binada 1283 kv.metr ruberoid istifadə edilmiş,  binanın 202 paqon metr  su navalçaları yenilənmişdir.
    Şüvəlan qəsəbəsi,   Şimal DRES  yaşayış massivi  4 saylı binanın dam örtüyü  692 kv.metr dəmir şiferlə yenilənmiş, 408 paqon metr  su navalçaları təmir edilmişdir.
    Birliyin xidmət ərazilərində yerləşdirilmiş  məişət tullantıları konteynerlərindən 270 ədədi təmir edilərək rənglənilmişdir.
     Ayrılmış vəsait hesabına Mərdəkan  qəsəbəsinin S.Yesenin  küçəsinə 952 kv.metr, Şüvəlan  qəsəbəsinin    «Mayak» ərazisində 2984 kv.metr və A.İldırım  küçəsində 690 kv.metr asfalt örtüyü salınmışdır.
   1 saylı Xüsusi Təyinatlı MKTB-nin 111 saylı MKİS-nin xidmət ərazisində yerləşən Buzovna qəsəbəsi,  R.İmanov küçəsi 4 ünvanındakı binanın su  navalçaları, A.Mirzəyev  küçəsi 10 və R.İmanov küçəsi 26, Albalılıq dayanacağı ev 12 və 11 saylı binaların dam örtükləri  təmir edilmişdir.
     3 saylı Xüsusi Təyinatlı MKTB-nin 112 saylı MKİS-nin xidmət ərazisində yerləşən  30 ədəd konteyner, eləcə də balansda olan binaların 600 kv.metr dam örtüyü və 10 ədəd giriş qapıları təmir edilmiş, 70 kv. metr şüşə  dəyişdirilmiş, 500 kv.metr divar emulsiya ilə rənglənilmişdir.
    3 saylı Xüsusi Təyinatlı MKTB-nin 155 saylı MKİS-nin  xidmət ərazisindəki, B.Əliyev küçəsi 66, 70, 1 və 2 saylı, S.Yesenin 92/2 saylı binaların 1200 kv.metr dam örtüyü təmir  edilmiş, ərazidə olan 90 ədəd məişət  konteyneri rənglənilmişdir. S.Yesenin küçəsi 92/2, 8 və 9 saylı  binaların fasadları 1500 kv.metr, B.Əliyev 66 və  70 saylı binaların giriş qapıları və pilləkən qəfəslikləri  500 kv.metr  rənglənilmişdir.
     Xəzər rayon Sukanal İdarəsi tərəfindən 2017-ci ilin  9 ayı ərzində 10 min 18 paqon metr  müxtəlif diametrli su xətti çəkilmiş, 70 p/m  köhnəlmiş su boruları dəyişdirilmişdir. Hesabat  dövründə 1314 ədəd su qəzası aradan qaldırılmışdır ki, onlardan 57 ədədi binaların  zirzəmisində baş vermişdir.  Rayon ərazisində 1466 ədədi  smart tipli, 1461 ədədi mexaniki  sayğac olmaqla 2927 ədəd sayğac  quraşdırılmış, 62 ədədi smart tipli, 135 ədədi isə mexaniki  sayğac olmaqla 197 ədəd sayğac yenisi ilə əvəz  olunmuşdur. Su təchizatını yaxşılaşdırmaq  məqsədilə 16 ədədi «Dalma tipli» olmaqla  21  ədəd su nasosu  quraşdırılmış, 30 ədədi    «Dalma tipli» olmaqla 140 ədəd su nasosu təmir  edilərək saz vəziyyətə gətirilmişdir.
    Rayon ərazisində  kanalizasiya xidmətlərinin yaxşılaşdırılması istiqamətində də bir sıra işlər görülmüşdür. Kanalizasiya sahəsi üzrə 1992 ədəd qəza və tutulma halları aradan qaldırılmışdır ki, bu  qəzalarda  67 p/m-i binaların  zirzəmilərində olmaqla 91 p/m xətt dəyişdirilmişdir.  23115 p/m –i mexaniki üsulla, 3660 p/m –i maşınla olmaqla 26775 p/m kanalizasiya xətti yuyulmuşdur. 10 ədəd kanalizasiya baxış quyusu  təmir edilmiş, 2 ədəd baxış quyusu yenisi ilə əvəz olunmuşdur. 35 ədəd yağış barmaqlıqları mütəmadi olaraq  təmizlənərək tam istismara yararlı hala gətirilmişdir.  Bundan əlavə rayon ərazisində olan 75 ədəd içməli su bulağı da daimi su ilə təmin edilir və  nəzarətdə saxlanılaraq mütəmadi təmir olunur. 2017-ci ilin 9 ayı ərzində «Azərsu» ASC tərəfindən Tədbirlər Planına uyğun olaraq qəsəbələrdə su xətlərinin çəkilişi  aparılmışdır. Belə ki, Binə qəsəbəsində 800 p/m müxtəlif  diametrli su xətti çəkilmiş, 40 ev birləşməsi verilmişdir. Şağan qəsəbəsində 595 p/m müxtəlif diametrli su xətti çəkilmiş, Mərdəkan  qəsəbəsində 1910 p/m müxətlif diametrli su xətti  çəkilmiş, 75 ədəd evbirləşməsi  verilmişdir. Şüvəlan qəsəbəsində 2427 p/m müxtəlif diametrli su xətti  çəkilmiş, 174 ev birləşməsi  verilmişdir. Zirə  qəsəbəsində 1425 p/m müxtəlif diametrli su xətti  çəkilmiş, 58 ev birləşməsi verilmişdir. Türkan  qəsəbəsində 2744 p/m su xətti çəkilmiş, 37 ev birləşməsi  verilmişdir. Qala qəsəbəsində 1550 p/m D800 mm magistral su xətti çəkilmişdir. Ümumilikdə  rayon ərazisində  ötən 9 ay ərzində «Azərsu» ASC tərəfindən 11451 p/m müxtəlif diametrli su  xətti çəkilmiş, 384 ev birləşməsi verilmişdir.
      Bakı Regional Qaz İstismar Sahəsinin Xəzər rayon  üzrə Texniki İstismar Xidmətinin ərazilərində  itkilərin azıldılması və qaz təchizatının yaxşılaşdırılması üçün  nəzərdə tutulan tədbirlər planına  əsasən aşağıdakı işlər görülmüşdür.
    Türkan qəsəbəsinin Üzümçülük sovxozu ərazisindəki Bağlar yaşayış massivində yeni qaz xətti  çəkilmişdir.
      Şüvəlan qəsəbəsinin Sahil küçəsindən Maşınqayırma pansionatı istiqamətindəki yoldan keçən  d76 mm-lik qaz xəttinin 35 p/m deformasiyaya uğramış hissəsi yenisi ilə əvəz olunmuşdur.
Binə qəsəbəsində Donuzkökəltmə soxvozu ilə İslah  Əmək Müəssisəsinin ətrafındakı qaz xətti əsaslı təmir olunmuş, orada 2 ədəd, F.Aynulov  küçəsində 1 ədəd  tənzimləyici şkaf quraşdırılmışdır.  Hövsan  Südçülük  sovxozu ərazisində uzunluğu 90 p/m qaz xətti  çəkilmiş və 1 ədəd şkaf   quraşdırılmışdır.
     Qala qəsəbəsinin stansiya deyilən ərazisindəki  abonentlərin qaz təchizatını yaxşılaşdırmaq  məqsədilə uzunluğu L= 90p/m, d 108 mm-lik  qaz xətti çəkilmiş və 1 ədəd tənzimləyici  şkaf  quraşdırılmışdır.
   Mərdəkan qəsəbəsinin R.Cəfərov küçəsində  yaşayan abonentlərin qaz təchizatının yaxşılaşdırılması məqsədilə 1 ədəd  şkaf quraşdırılmışdır. Qəsəbənin   Qızıl-Qum ərazisindəki  həyətlərdən keçən qaz xəttinin küçəyə  çıxarılması məqsədilə D76 mm-lik 148 p/m, D57 mm-lik 136 p/m qaz xətti çəkilmişdir.
    Buzovna qəsəbəsinin Albalılıq yaşayış  massivində D76 mm-lik 80 p/m, Abşeron küçəsində isə D108 mm-lik 200 p/m, D 57 mm-lik 20 p/m dairəvi sistem yaradılması üçün  yeni qaz xətləri çəkilmişdir.
   Türkan, Binə, Qala, Şağan, Mərdəkan, Şüvəlan qəsəbələrində 175 ədəd qaz tənzimləyici  şkaflarda  tənzimlənmə işləri aparılmışdır.
    Xəzər Enerji Təchizatı və Satışı İdarəsi tərəfindən görülən işlərin nəticəsində bu gün demək olar ki, əhali dayanıqlı elektrik enerjisi ilə tam təmin olunmuşdur.
   Zirə  Enerji Təchizatı və Satışı Sahəsi  tərəfindən 2017-ci ilin 9 ayı ərzində elektrik enerjisi  ilə təchizatın yaxşılaşdırılması  məqsədilə bir çox işlər görülmüşdür. Belə ki, Zirə qəsəbəsində 1 ədəd yeni KTM quraşdırılmış və bu KTM-ə 3500 metr kabel xətti çəkilmişdir. 2 KTM-də profilaktik təmir işləri görülmüşdür.   Eyni zamanda 26 KTM və 5 TM təftiş olunmuş, 400 ədəd dayaq rənglənilmişdir.
   Türkan qəsəbəsində 4 ədəd KTM yenisi ilə  əvəz olunmuş, 3 KTM-də 6 kv-luq hava xətləri cari təmir olunmuş, 1 KTM-də giriş və  çıxış xətləri yeni TM-ə köçürülmüşdür. Eyni zamanda  17 KTM və 6 TM təftiş olunmuş,  200 ədəd dayaq rənglənilmişdir.
   Xaşa-Xuna yaşayış massivi ərazisindəki TM-də hava xətləri  cari təmir olunmuş, 14 KTM və  2 TM  təftiş olunmuş, 100 ədəd  dayaq rənglənmişdir.
   Zirə-Türkan magistral yolunun Zirə qəsəbəsi  hissəsi kabel keçidləri ilə təmin edilərək yeni quraşdırılacaq KTM-ə 1000 metr 6 kv-luq kabel xətti çəkilmiş, yolun Türkan bağları hissəsində isə 1 ədəd yeni KTM və gücü 180 KVA olan 1 ədəd  transformator quraşdırılmışdır.
   Xəzər Telefon Qovşağı tərəfindən 2017-ci ilin 9 ayı əzində görülmüş işlərin nəticəsində qovşağın montaj tutumu 70799 nömrə, istifadə olunan abunəçi  tutumu  isə 58710 nömrə təşkil etmişdir. Eləcə də  internet  xidmətindən istifadə edən ümumi abunəçilərin sayı 31277 nömrəyə çatdırılmışdır.
   «Azərpoçt» MMC-nin 4 saylı Poçt filialı tərəfindən 2017-ci ilin 9 ayı ərzində verilmiş 811640 manat tarif  gəliri proqnozu faktiki olaraq 900505 manat olmaqla  110,9 % icra edilmişdir. Ötən ilin müvafiq dövrü ilə  müqayisədə Poçt ödəniş nişanı üzrə 13972 manat, telefon abunə haqlarının yığımı üzrə 3270 manat,  elektrik enerjisi haqlarının  yığımı üzrə 4938 manat, qaz pulu yığımından 3298 manat, su pulu yığımından    1278 manat, pul köçürmələri üzrə 24314 manat, bank xidmətlərindən 2843 manat gəlir əldə edilmişdir.
    Hesabat dövrundə  rayonun ərazisində tikinti və quruculuq işləri səngiməmiş, daha da geniş vüsət almış, küçə və meydanlar, parklar abadlaşdırılmış, ayrı-ayrı ictimai binalarda, əsas yollarda, daxili küçələrdə təmir işləri aparılmış və  yenidənqurulmuş, su və kanalizasiya sistemləri, elektrik  xətləri  yeniləşdirilmiş, yeni xidmət və istehsal müəssisələri, bir sıra sosial-mədəni obyektlər tikilərək əhalinin istifadəsinə verilmişdir.
    Xəzər rayon İcra Hakimiyyətinin daxili imkanları hesabına Mərdəkan, Şüvəlan, Binə, Türkan  qəsəbələrində səkilərin və hasarların yenidənqurulması, yolboyu milli və tarixi elementlər nəzərə alınmaqla mövcud tikililərin bərpası işləri  görülmüşdür.
   Hesabat dövrü ərzində Şüvəlan qəsəbəsinin A.İldırım küçəsi-62 saylı binanın 721m2 fasadı və yan divarları təmir edilərək emulsiya ilə boyadılmış, o cümlədən binanın 32,0m2 fasadı suvanmış, 12,0m2 dam örtüyü təmir olunmuş, tüstü bacaları suvanaraq  təmir olunmuş, binanın kürsü hissəsi 105,0m2 aqlay daşla üzlənmiş, pəncərələrin kənarına 350p/m aqlay daş vurulmuşdur.
    A.İldırım küçəsi - 58 saylı binanın 280 m2 fasadı və yan divarları təmir edilərək suvanmış, dam hissəsində şiferin altı 40 p/m paslanmayan metalla üzlənmiş, binanın kürsü hissəsi və pəncərələrin ətrafı 395 p/m aqlay daşı ilə işlənmiş, binaya bitişik ümumi sahəsi 50 m2 hasar yenidən suvanaraq bərpa olunmuşdur.
    Binaların qarşısında yerləşən istirahət parkının  ətrafındakı 70,0m2 hasar mişar daşı ilə hörülərək kənar hissələri 84,0p/m aqlay daşı ilə bəzədilmiş, üz səthi isə fasad üçün nəzərdə tutulmuş suya davamlı emulsiya ilə boyadılmışdır. Parkın ərazisində 475p/m bardür düzülərək sütunlar aqlay daşla üzlənmiş, 450,0m2 tamet vurulmuşdur. Mövcud bulaq sökülərək yenidən tikilmiş və bulağa 30,0 p/m su xətti çəkilərək mərkəzləşdirilmiş sisteminə qoşulmuşdur. Hazırda ərazidə abadlıq işləri davam etdirilir.
   Mərdəkan qəsəbəsinin S.Yesenin küçəsində, ATS-in inzibati binasının  qarşısındakı 200 metr uzunluğunda hasar sökülərək, müasir memarlıq üslubunda yenidən qurulmuşdur.
   Qəsəbənin S.Dadaşov küçəsində «İnci» uşaq bağçasının ətrafında 450 m2 hasar  malalanmış, ümumilikdə 1000 m2 divar  və oradakı küçəyə çıxış qapıları  rənglənilmişdir.
    Aeroport-Mərdəkan magistral yolunun sağ tərəfində, qəsəbənin girişində «Mərdəkan» adını əks etdirən, hündürlüyü 8 metrə çatan dəmir-beton konstruksiyadan ibarət postamentin tikintisi yekunlaşmışdır.     Postamentin sütunları, kürsüsü və yuxarı hissəsi 280 p/m aqlay daşla üzlənərək, 10 m2 mərmər qranitlə bəzədilmiş, müasir işıqlandırma sistemi ilə təchiz edilmişdir.
    Mərdəkan qəsəbəsində Zabitlər evinin 144,0m2 köhnə hasarları sökülərək yenidən tikilmiş, 390p/m aqlay daşı ilə üzlənmişdir. 
    Rayon İcra Hakimiyyətinin inzibati binasının ətrafındakı ümumi sahəsi 730,0m2 olan hasar təmir edilərək, suya davamlı iki qat emulsiya ilə boyadılmışdır.
   Binə qəsəbəsində Ə.İsazadə küçəsi, mərkəzi yolun ümumi görünüşə xələl gətirən sağ və sol hissəsində 13 ədəd müxtəlif təyinatlı 1480m2 ölçüdə tikinti obyektlərinin fasadları aqlay daşları ilə üzlənmişdir.
   Yeni çəkilən Zirə-Türkan avtomobil yolunun  sağ və sol hissəsində 3380 m2 tikinti işləri aparılmış, 174 ədəd işıq dirəyi basdırılaraq  xəttə qoşulmuş, 5535 m2  malalama və rənglənmə işləri görülmüşdür.
      Bu günün ən vacib  məsələlərindən biri də  yaşıllıqların salınması və onlara qulluq edilməsinin təşkilidir.      Bildiyiniz kimi  2016-cı il ərzində rayon ərazisində 99320 ədəd  müxtəlif növ ağac  əkilmiş və 2017-ci il üzrə də bir o qədər ağac əkilməsi  nəzərdə tutulmuşdur.  2017-ci ilin 9 ayı ərzində Mərdəkan qəsəbəsində 1600, Şüvəlan qəsəbəsində 1231, Binə qəsəbəsində 583, Türkan qəsəbəsində 7597, Buzovna qəsəbəsində 230, Qala qəsəbəsində 150,  Şağan qəsəbəsində 600, Zirə qəsəbəsində isə 5070 ədəd ağac əkilmişdir. Ümumilikdə İcra Hakimiyyəti,  qəsəbə nümayəndəlikləri və bələdiyyələr tərəfindən 17061 ədəd, «İdeya» İctimai Birliyi və ayrı-ayrı idarə,  müəssisə və təşkilatlar  tərəfindən isə 25690 ədəd  olmaqla cəmi 42751 ədəd ağac  əkilmişdir. Hazırda ağacların suvarılması və onlara  aqrotexniki qulluq işləri aparılmaqdadır.
        Hesabat dövrundə rayon ərazisində asfalt yollarının çəkilişi, əsaslı və cari təmiri  istiqamətində bəzi işlər görülmüşdür. Belə ki, Cənab Prezident İlham Əliyevin tapşırığına əsasən Zirə  və Türkan  qəsəbələrini birləşdirən 7,2 km uzunluğunda, 7 metr enində yolun birinci qatının  asfaltlaşdırılması başa çatdırılmışdır.     «Azəravtoyol» ASC tərəfindən həmin yola 50400 m2 asfalt örtüyü salınmış,  10000 p/m bardür düzülmüşdür.  Hazırda tamamlanma işləri gedir.
     Bakı şəhər İcra Hakimiyyəti tərəfindən rayonun Mərdəkan, Şüvəlan  qəsəbələrində  daxili küçələrə 12472 m2 asfalt salınmış, 345 p/m bardür düzülmüşdür. Bununla yanaşı Xəzər RİH-nin daxili imkanları hesabına rayonun Şağan qəsəbəsində  11500 m2, Buzovna qəsəbəsində 5610 m2 , Binə  qəsəbəsində  1200 m2,     Şüvəlan  qəsəbəsində  8250 m2, Türkan qəsəbəsində 370 m2, Zirə qəsəbəsində 1200 m2, Mərdəkan qəsəbəsində 9781 m2 olmaqla 37911 m2 asfalt örtüyü salınmış, Qala, Türkan, Binə,  Buzovna qəsəbələrində isə 18 km yol  cari təmir olunmuşdur.
    Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq sərəncamı ilə Şağan  Mədəniyyət Mərkəzi üçün Mədəniyyət və Turizm Nazirliyinə vəsait ayrılmış, hazırda  orada tamamlanma işləri görülməkdədir.
     Hesabat dövründə  rəsmi dövlət  bayramları və ictimai siyasi əhəmiyyət kəsb edən digər  tarixi hadisələrlə bağlı  rayon  ərazisində  geniş ictimaiyyətin iştirakı  ilə bir çox kütləvi  tədbirlər keçirilmişdir.
Belə ki, yanvar ayının 12-də RİH-nin təşkilatçılığı ilə Mərdəkan Mədəniyyət Sarayının qarşısındakı meydanda gənclərin hərbi xidmətə yola salınması mərasimi keçirilmişdir.
20 yanvar tarixində RİH Aparatı, ictimaiyyət  nümayəndələri  20 yanvar hadisəsinin 27-ci ildönümü ilə əlaqədar Şəhidlər Xiyabanına ziyarət  etmişlər.
2 fevral tarixində RİH Aparatının  nümayəndələrinin, Millət vəkili R.Əliyevin, YAP Xəzər rayon təşkilatının sədri     N.Əhmədovun iştirakı ilə Zirə Mədəniyyət  Mərkəzi-Eko Parkda Gənclər Günü münasibətilə tədbir keçirilmişdir.
     10 fevral tarixində  Xəzər  RİH-nin Aparatında sahibkarlarla «Azexport.az» portalının  əməkdaşlarının birgə tədbiri təşkil edilmişdir.
    26 fevral tarixində Bakı şəhərində Xocalı  Soyqırımının 25-ci ildönümü münasibətilə  keçirilən möhtəşəm yürüş aksiyasında Xəzər rayon ictimaiyyətinin iştirakı təşkil  edilmişdir.
     7 mart tarixində «8 mart Beynəlxalq Qadınlar  Günü» münasibətilə Zirə EKO parkda tədbir təşkil edilmiş, bayram süfrəsi açılmış,  50 nəfər fəal qadın  RİH-nin  Başçısı tərəfindən mükafatlandırılmışdır.
    16 mart tarixində «Ölkəmizi tanıyaq» tur aksiyası çərçivəsində Naxçıvan  MR-a səfərə gedən məktəblilər yola salınmış, 19 mart tarixində qarşılanma mərasimi  keçirilmişdir.
   17 mart tarixində Heydər Əliyev Fondu tərəfindən  rayonun 4000 nəfər aztəminatlı  ailəsinə, şəhid ailələrinə, qarabağ əlillərinə və  eyni zamanda 4000 nəfər  ünvanlı sosial yardım alan şəxslərə  «Novruz» bayramı münasibətilə ərzaq  yardımının paylanılması təşkil edilmişdir.
     18 mart tarixində Binə qəsəbəsində Novruz bayramı münasibətilə  bayram süfrəsi  açılmış, ümumrayon tədbiri keçirilmişdir. Tədbirdə RİH-nin Başçısı G.İslamov, Millət vəkili R.Əliyev, YAP rayon təşkilatının  sədri     N.Əhmədov, idarə, müəssisə, təşkilat  rəhbərləri və sakinlər iştirak etmişlər.
     31 mart Azərbaycanlıların Soyqırımı  ilə bağlı 123 №-li  məktəbdə Anım mərasimi  keçirilmişdir.
    2017-ci  ilin may ayında Ulu Öndər Heydər Əliyevin  anadan olmasının 94-cü ildönümü münasibətilə YAP rayon təşkilatı ilə birlikdə rayonda silsilə tədbirlər keçirilmişdir. Rayon ictimaiyyəti nümayəndələrinin iştirakı ilə Ulu Öndər H.Əliyevin məzarı ziyarət edilmiş və H. Əliyev Mərkəzinə səfər təşkil edilmişdir. H.Əliyevin xatirəsinə həsr edilmiş futbol,  güləş yarışları təşkil edilmiş  və qaliblər mükafatlandırılmışdır. Bundan əlavə  Buzovna-Şüvəlan magistral yolunun ətrafında   ağacəkmə kompaniyası keçirilmişdir.
    9 may - Qələbə günü, 28 may – Respublika günü , 15 iyun - Milli Qurtuluş günü münasibətilə də  bir çox tədbirlər həyata keçirilmişdir.
   23 iyun 2017-ci  il tarixində Xəzər RİH-i Aparatında Dövlət Qulluqçularının peşə bayramı münasibətilə geniş  tədbir keçirilmiş və rəhbərlik  dövlət qulluqçularını bayram münasibətilə təbrik etmişdir.
    11 avqust 2017-ci il tarixdə  Xəzər rayon Gənclər evində 12 avqust Beynəlxalq Gənclər gününün rayonda yüksək səviyyədə qeyd edilməsi, asudə vaxtın səmərəli təşkili, gənclərin öz bacarıqlarını nümayiş etdirməsi məqsədilə gənclər üçün bayram tədbiri keçirilmişdir.
   15 sentyabr - Bilik Günü ilə əlaqədar 12 sentyabr 2017-ci il tarixində təhsil müəssisələrinin yeni 2017/2018-ci tədris ilinə hazırlığı ilə bağlı RİH Başçısı yanında Şura iclası keçirilmiş, vəziyyət təhlil edilmiş, aparılmış monitorinqin nəticələri haqqında Qərar Bakı şəhəri üzrə Təhsil İdarəsinə və  təhsil müəssisələrinə  göndərilmişdir.
   Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən əhalinin tibbi müayinədən keçməsi ilə əlaqədar olaraq 15 fevral- 15 may 2017-ci  il tarixində rayon əhalisinin 108114 nəfəri tibbi müayinədən keçmişdir.
    Rayon rəhbərliyinin təşəbbüsü ilə 01 iyun –22 iyun 2017-ci  il  tarixində «Səyyar ASAN» xidmət avtobusu rayonun Türkan və Zirə qəsəbələrində, 12-26 sentyabr tarixində isə Binə qəsəbəsində  olmuş  və 2500-ə yaxın sakin xidmətdən yararlanmışdır.
    Sevindirici haldır ki, 2017-ci ilin 9 ayı ərzində Azərbaycan Respublikasının  Prezidenti cənab İlham Əliyev  rayonumuza bir neçə dəfə səfər etmişdir. Belə ki,  13 yanvar və 24 avqust 2017-ci il tarixlərində cənab     Prezident Türkan qəsəbəsində  yerləşən Dövlət Sərhəd  Xidməti Sahil Mühafizəsinin Gəmi İnşası və Təmiri zavoduna  gəlmiş, orada inşası başa çatan «Tufan» gəmisi və yeni  xüsusi texnikalar ilə tanış  olmuşdur. 8 sentyabr 2017-ci il tarixdə cənab  Prezident Buzovna qəsəbəsinə gəlmiş, orada inşa olunmuş «Təhsil     Respublika  İdman Mərkəzi»-nin Zaqulba  Tədris İdman Bazasının açılışında iştirak etmişdir.
   2017-ci ilin 9 ayı ərzində baş verən  ən önəmli hadisələrdən biri də rayonumuzdan olan Millət vəkili    Mehriban xanım Əliyevanın  Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 21 fevral 2017-ci il tarixli  sərəncamı ilə I Vitse Prezident təyin  olunması olmuşdur. Mehriban xanı Əliyeva  I Vitse Prezident kimi ilk səfərini  1 mart 2017-ci il tarixdə Türkan qəsəbəsindəki  6 №li Nitqi qüsurlu uşaqlar üçün internat  evinə  etmiş, orada rayon rəhbərliyi və  bir qrup sakinlə görüşərək gələcək planlar  barədə çox səmimi söhbət etmişdir. 
     2017-ci ilin 9 ayı ərzində Xəzər rayon İcra Hakimiyyəti Aparatına 2074 ərizə, şikayət və müraciət, 1687 xidməti  sənəd daxil olmuşdur. Daxil olmuş 2074 ərizə və müraciətlərdən 783 ərizə müsbət həll edilmiş, 1125 ərizə və müraciətə  lazımi  izahat və təkliflər  verilmiş, 7 ərizə  aidiyyatı  üzrə göndərilmiş, 7 ərizə əsassız sayılmış, 83 ərizə isə icraatdadır. Müqayisə üçün qeyd olunmalıdır ki, daxil olan ərizə və şikayətlərin sayı ötən  ilin müvafiq dövrünə nisbətən 22 % azalmışdır.
    Hesabat dövründə Xəzər rayon İcra Hakimiyyəti Başçısının qəbulunda 62 vətəndaş olmuşdur. Ötən dövrdə vətəndaşların İcra Hakimiyyətində qəbul  edilməsinin və müraciətlərinə baxılmasının  bir qismi elektron formada həyata keçirilmişdir.
     2017-ci ilin 9 ayı ərzində  RİH-i Başçısı  tərəfindən qəsəbələrdə 18 səyyar qəbul keçirilmiş, bu görüşlərdə    2085 nəfər vətəndaş iştirak  etmiş və 60 müraciət səsləndirilmişdir.  Müraciətlərdən asfalt örtüyünün salınması, təbii qaz problemləri, su-kanalizasiya və nəqliyyat  problemləri üstünlük təşkil etmişdir.  Səyyar qəbullarda səsləndirilmiş müraciətlərin əksəriyyəti müsbət həll olunmuş, digər məsələlərlə  bağlı isə aidiyyatı  qurumlara  məktublar göndərilmişdir.
Keçirilən səyyar  görüşlərdə Millət vəkili Rauf Əliyev də iştirak edərək sakinləri narahat edən problemlərin həlli istiqamətində görülmüş və  görüləcək işlər barədə ətraflı məlumat vermişdir.
   Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin  09 oktyabr  2017-ci il tarixində  keçirdiyi müşavirədə Yerli İcra Hakimiyyətlərinə  də bir sıra tapşırıqlar verilmişdir. Bunlardan  biri də yerli və xarici investorların cəlb edilməsilə ərazidə istehsal  müəssisələrinin, sahibkarlıq subyeklərinin yaradılması, eləcə də  yeni iş yerlərinin açılması ilə bağlı olmuşdur. Cənab Prezidentin tapşırığını rəhbər tuturaq Xəzər RİH-nin müvafiq şöbələrinə,  qəsəbə nümayəndələri və bələdiyyə sədrlərinə yerli  və xarici investorların rayonumuza cəlb edilməsi istiqamətində daha səmərəli fəaliyyət  göstərmələri,   aidiyyatı idarə, müəssisə və təşkilat  rəhbərlərinə  isə onlar üçün lazımi şəraitin  yaradılması məqsədilə müvafiq işlərin görülməsi tapşırılmış və bu işlər ciddi nəzarətə  götürülmüşdür.
Prespektivdə Xəzər rayon İcra Hakimiyyəti tərəfindən aparılan abadlıq-quruculuq işləri çərçivəsində Şüvəlan qəsəbəsi, A.İldırım  küçəsindəki  daha 2 binanın təmir-bərpa işlərinin davam  etdirilməsi, orada yerləşən istirahət  parkındakı yenidənqurma işlərinin başa çatdırılması, Mərdəkan, Binə və Buzovna qəsəbələrindəki  bəzi hündürmərtəbəli  binaların təmir edilməsi,  Binə qəsəbəsində yeni istirahət  parkının tikintisi, qəsəbədaxili küçələrə asfalt  örtüyünün salınması, qəsəbələrin ərazilərində,  yolların kənarlarında yaşıllıqların salınması  və bu kimi digər işlər durur. Əmin ola bilərsiniz ki,  bu işlərin  öhdəsindən də layiqincə gələcəyik.
Xəzər RİH-i sakinlərin rahat, firavan yaşamasına yönələn bu kimi layihələrin həyata keçirilməsi üçün müvafiq işlər görəcək, qarşıdakı dövrdə də  Azərbaycan Respublikası Prezidentinin fərman, sərəncam və tapşırıqlarının vaxtında və keyfiyyətlə  icrası, vətəndaşlarımızın layiq olduqları rifahlı yaşayışın təmin edilməsi üçün  bütün imkanları səfərbər edərək qarşıya qoyulan vəzifələrin  öhdəsindən layiqincə gəlməyə çalışacaqdır.

Keçidlər