Şriftin ölçüsü :

Saytın rəngi :

TURIZM

Azərbaycanın turizm üzrə ixtisaslaşmış rayonları ilə yanaşı son illərdə rayonumuzda da turizm sahəsinin inkişafı üçün əməli addımlar atılmışdır. Tikilən hotellər, restoranlar, yolların müasir standarlara uyğun qurulması, infrastrukturun yaxşılaşdırılması, xidmət vərdişlərinə yiyələnmək, qədim tarixi abidələr, ən əsası təbiətin möhtəşəmliyi insanların Xəzər rayonuna gəlməsinə imkan yaradır.
Rayonun Qala qəsəbəsində “Qala Arxeoloji-Etnoqrafik Muzey Kompleksi”,  Zirə qəsəbəsində “Zirə  Mədəniyyət Mərkəzi və Eko-Park” , Mərdəkan qəsəbəsində “Dalga Beach Aquapark Resort”, “Xəzər Golden” Beach, “Your Şanı” Hotel and Villas, “Karvan” , “Çahargah” , "Maqnium a-Dellmar", Buzovna qəsəbəsində “Retro” , Xəzər İnci"  kimi otellər və istirahət mərkəzləri fəaliyyət göstərir. Bundan əlavə rayonda “Qaranquş” (uroloji), “Abşeron” (qastroenteroloji) və “Günəşli” (nevroloji) kimi məhşur sanatoriyalar da mövcuddur.

 

 • Turizm obyektləri 

•  Parklar 

Keçidlər