Şriftin ölçüsü :

Saytın rəngi :

`

                 Rauf Asif oğlu Əliyev
          13 saylı Xəzər-Piallahı seçki dairəsi

1956-cı ilin mayın 27-də Bakı şəhərində anadan olmuşdur. Azərbaycan Dövlət Neft və Kimya İnstutunun Neft və qaz quyularının qazılması fakültəsini bitirmişdir. Azərbaycan Milli Olimpiya Komitəsi İcraiyyə Komitəsinin üzvüdür. Rus və ingilis dillərini bilir.1978-ci ildən Bakı Qaz İstehsalat İdarəsində böyük mühəndis   işləmişdir. 1983-cü ildən Azərbaycan Dövlət Peşə Təhsili  Komitəsi sədrinin köməkçisi, Xalq Təhsili Nazirliyinin İdarə rəisi olmuşdur. 1991-1992-ci illərdə  “İnbak”  firması baş drektorunun müavini, 1994-cü ildən Azərbaycan Respublikası Gənclər və İdamn Nazirinin köməkçisi, Nazirliyin işlər müdiri, 2000-2005-ci illərdə “Neftçi” İdman-sağlamlıq Mərkəzinin sədri vəzifəsində çalışmışdır. 2004-cü ildən AFFA-nın birinci vitse -prezidentidir.  2015-ci ildə Azərbaycan Gimnastika Fedrasiyasının İcraiyyə Komitəsinin üzvü seçilmişdir.

 Yeni Azərbaycan Partiyasının üzvüdür.Üçüncü, dördüncü və beşinci çağırış Azərbaycan Respublikası Milli Məclisin deputatı seçilmişdir Milli Məclisin Əmək və Sosial Siyasət Komitəsinin sədr müavinidir. Azərbaycan – Bolqarstan paralmentlərarası əlaqələr üzrə işçi qrpunun rəhbəri, Bolqarstan , Fransa, Koreya, Qırğızıstan  parlamentləri ilə əlaqələr üzrə işçi qruplarının üzvüdür.

    Avropa İttifaqı - Azərbaycan parlament əməkdaşlığı komitəsinin və MDB-nin Paralamentlərarası Assambleyasında Azərbaycan nümayyəndə heyyətinin üzvüdür. MDB Paralamentlərarası Assambleyanın “Mədəniyyət, İnformasiya, Turizim və idamn üzrə” daimi komissiyasının üzvüdür.

     Azərbaycan Respublikasının ictimai-siyasi həyatında fəal iştirakına görə     Azərbaycan Respublikası Prezidentinin 2067 saylı 26 may 2016-cı il tarixli sərəncamı ilə “Şöhrət” orderi ilə təltif olunmuşdur.

      Ailəlidir,  2 övladı var 

Keçidlər