Şriftin ölçüsü :

Saytın rəngi :

"Təmizlik ayı" çərçivəsində Xəzər rayonunda təmizlik işləri uğurla həyata keçirilməkdədir

07 sentyabr 2020 | 16:00

Sentyabr ayından etibarən başlanan "Təmizlik ayı" çərçivəsində Xəzər rayonunda təmizlik işləri uğurla həyata keçirilməkdədir.

  

  

    Görülən işlər çərçivəsində Şüvəlan qəsəbəsinin, Hacı Mövlan bağları ərazisində və mayak yolunda, Ramanı qəsəbəsinin Xəzər rayonunun inzibati ərazisinə düşən hissəsində, Qala-Pirallahı avtomobil yolunun sağ və sol hissələrində, Türkan qəsəbəsinin Üzümçülük Sovxozu ərazisində, dəniz sahillərində və rayonun bütün qəsəbələrindəki orta məktəblərin həyətlərində təmizlik aksiyaları keçirilmiş, ərazilər müxtəlif növ tullantılardan, qabaritlərdən təmizlənmiş, ətraf mühitin qorunması və ekoloji vəziyyətin daha da yaxşılaşdırılması məqsədilə rayon ərazisində mövcud yaşıllıqlara xüsusi diqqət göstərilərək ağac və gül kollarının suvarılması, çəmənliklərin biçilməsi, yabanı otların təmizlənməsi və ətraf ərazidə təmizlik işləri aparılır.

  

  

    

Bundan əlavə, qəsəbələrdə zibil konteynerləri üçün yerlər tikilməkdədir.

  

  

  

Keçidlər