Şriftin ölçüsü :

Saytın rəngi :

Şüvəlan çimərliyində növbəti təmizlik aksiyası təşkil olundu

28 avqust 2020 | 16:00

28 avqust 2020-ci il tarixində Xəzər  Rayon İcra Hakimiyyəti, Xəzər Rayon Gənclər və İdman İdarəsi və “Atəşgah Sığorta” şirkətinin birgə təşkilatçılığı ilə rayonun Şüvəlan çimərliyində irimiqyaslı təmizlik aksiyası keçirilib.

  

 Aksiyanın əsas məqsədi dəniz sahillərində təmizliyə riayət olunmasını təbliğ etmək, sahilyanı ərazilərin məişət tullantıları ilə zibillənməsinin qarşısını almaq və bütün gəncləri ətraf mühitin mühafizəsi uğrunda mübarizəyə cəlb etməkdir.

  

  

Sözügedən aksiyada Xəzər Rayon İcra Hakimiyyətinin əməkdaşları və könüllü gəncləri, Xəzər Rayon Gənclər və İdman İdarəsinin eyni zamanda “Atəşgah Sığorta” şirkətinin kollektivi iştirak edib.

  

Keçidlər