Şriftin ölçüsü :

Saytın rəngi :

Xəzər rayonunun Binə qəsəbəsində daha bir məhəllənin abadlaşdırılması işləri davam etdirilir

25 avqust 2020 | 16:00

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin göstəriş və tövsiyələrinə uyğun olaraq Xəzər rayonunda abadlıq və quruculuq işləri davam etdirilir.

  

  

Rayonun digər qəsəbələri ilə yanaşı Binə qəsəbəsinin Qəzənfər Musabəyov, M.Ə.Sabir və Dəmiryol küçələrində abadlıq işləri aparılır.
  Belə ki, qəsəbənin Q.Musabəyov küçəsində olan fərdi evlərin, hasarların və darvazaların rənglənməsi işləri gedir, həmçinin küçələrə 400 m asfalt örtüyünün salınması işlərinə başlanılıb. Bundan əlavə qəsəbənin Dəmiryol və M.Ə.Sabir küçələrində isə küçə işıqlarının çəkilişləri aparılır.

  

Eyni zamanda qəsəbənin Xəqani küçəsində də təmir işləri sürtlə davam edir. Belə ki küçədə 3 yerdə yağış sularının yığılması üçün anbar qazılmış və drenaj sistemi qurulmuşdur. Uzunluğu 1.2 km olan küçədə hazırda asfaltlama işlərinə hazırlıq gedir.

  

  Bütün bunlarla yanaşı qəsəbənin 2146-cı məhəllə üvanında yerləşən 2 ədəd beşmərtəbəli binada təmir işləri həyata keçirilir. 21 və 23 saylı binalarda blokların təmiri, binanın fasadının və dam örtüyünün dəyişdirilməsi nəzərdə tutulmuşdur.
    Xəzər rayonunun Binə qəsəbəsi ilə yanaşı, rayonun digər qəsəbələrində də abadlıq-quruculuq işləri davam etdirilir. Bu işlər mərhələli şəkildə rayonun bütün məhəllə və küçələrini əhatə edəcək.

  

Yerli sakinlər qəsəbədə gedən tikinti-quruculuq və genişmiqiyaslı abadlıq işlərinə görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz dərin minnətdarlıqlarını bildirirlər.

  

 

Keçidlər