Şriftin ölçüsü :

Saytın rəngi :

Düşmənin siyasi havadarları olsa da, biz öz əzmimizlə qalib gələcəyik.

14 avqust 2020 | 16:00

Hər bir insan üçün onun milli mənsubiyyəti onun qürur mənbəyidir. H.Əliyev. Bir millət kimi bizi var edən milli qürurumuzdur. Məhz bu hiss bizi başqa dövlətə baş əyməyə yol verməz. Təəssüflər olsun ki, bu hiss çox xalqlar üçün əlçatmazdır. Danılmaz bir faktdır ki, Ermənistanın bu gün mövcud olmasının səbəbi onun siyasi havadarlarıdır. 15 may 1992-ci ildə Rusiyanın təşəbbüskarı olduğu Kollektiv Təhlükəsizlik Müqaviləsi  Təşkilatına üzv olması Ermənistanın siyasi arenada müəyyən mövqedə durmağına xidmət edib. Bu gün Ermənistan öz hərbi qüvvəsindən danışanda , təbii ki, Rusiyanın 102-ci hərbi bazasının Ermənistan ərazisində fəaliyyətini dana bilməz.


  Öz təhlükəsizliyini başqa ölkələrə sığınaraq əldə edən Ermənistan Belarus, Qazaxıstan və Tacikistan ilə əməkdaşlıq etməyə çalışmışdır.Almaniyada fəaliyyət göstərən "Bonn international Centre for Conversion" təşkilatının hazırladığı "Global Militarization Intex" məruzəsinə görə Ermənistan Avropada ən çox silahlanmış dövlətdir. Görəsən, bu qədər silahlanma "dinc" dövlətin nəyinə lazımdır?!
Atəşkəs dövründə planlı şəkildə Azərbaycanla sərhəddə hərbi təxribat yaradan Ermənistan bu addıma öncədən hazırlaşmışdı. Qeyd etmək lazımdır ki, məlum hadisələrdən bir neçə gün əvvəl Ermənistana Serbiyadan çox sayda silah-sursat, o cümlədən, minaatan və müxtəlif kalibrli döyüş sursatı göndərilmişdir.
Çətin günlərində hər zaman Azərbaycanın dəstəyini hiss edən Serbiya dövləti tərəfindən belə bir addım gözlənilməz oldu və birmənalı qarşılanmadı. Kosovonun müstəqilliyini tanımayan Azərbaycan dəfələrlə Serbiyanın suverenliyini bəyan edib. Bu azmış kimi bir neçə ay öncə koronavirusla mübarizə üçün Belqrada humanitar yardım da göndərilmişdir. Budurmu bizim xeyirxah addımlarımızın bədəli?!

 Təbii ki, bu faktlarla bağlı Serbiyanın ölkəmizdəki müvəqqəti işlər vəkili Danitsa Veinoviç Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinə çağırılıb. Avqustun 7-də Serbiya Prezidenti Aleksandr Vuçiç Azərbaycan Prezidenti İlham Əliyevə zəng edərək öz ölkəsinin istehsalı olan silahlardan Ermənistanın istifadə etməsini təəssüflə qeyd etmişdir.
Hamıya məlumdur ki, bu havadarlar olmasa, Ermənistan Azərbaycana bir gün də qarşı çıxmaq gücündə olmaz. Tovuz rayonu istiqamətində atəşkəsin pozulmasından sonra, yəni daha dəqiq iyul ayının 17-dən avqust ayının 4-nə qədər Rusiyanın

 Ermənistana təyyarə ilə 7 reys silah daşıması buna bariz nümunədir. Qazaxıstan və Türkmənistanın Azərbaycan ilə yaxın siyasi və iqtisadi münasibətlərinin olmasına baxmayaraq, Ermənistana göndərilən silahlar məhz ölkələrin hava məkanı üzərindən daşınıb. Digər xoşagəlməz hal odur ki, Rusiya öz silahlarını Ermənistana dünya silah bazarı qiymətində deyil, daxili bazar qiymətinə satmışdır. Bütün bu ciddi narahatçılığa baxmayaraq, biz bir xalq olaraq prezidentimizə inanırıq. Bu çətin vəziyyətdə onun uğurlu siyasi addım atacağına əminik. Biz də ziyalı kütləsi olaraq hər zaman prezidentimizin yanındayıq.

 Dövlətimizə qarşı nə qədər düşmən qüvvələri birləşsə  də, biz dünyaya öz haqq sözümüzü çatdırmağı bacaracağıq. Bu məsələlərə daha sivil yolla münasibət göstərməliyik. Erməni vandalizmi kimi yox. Bizim addımlarımız maarifçilik prinsipi ilə qurulmalıdır. İyulun 14-də Azərbaycanın Fransadakı səfirliyinin qarşısında vandalizm aktı törədilmişdir. Iyulun 15-də "Daşnaksütyun" partiyasının fəalları Ukraynanın Azərbaycanın ərazi bütövlüyünü dəstəklədiyinə görə etiraz aksiyası keçirmişlər. Gördüyünüz kimi bu vəhşi, ağlasığmaz addımları ilə ermənilər özlərinə başqa ölkələrdə dəstək axtarırlar. Amma unutmasınlar ki, türkün tökülən qanları bihudə getməz.

Muxtarova Gülarə 

149mömrəli tam orta məktəb

Azərbaycan dili və ədəbiyyat müəllimi

Keçidlər