Şriftin ölçüsü :

Saytın rəngi :

Xəzər könüllüləri rayonun Mərdəkan qəsəbəsində yerləşən Şəhidlər xiyabanında təmizlik işləri aparıblar

12 avqust 2020 | 01:00

 11 avqust 2020-ci il tarixində Xəzər rayon Gənclər və İdman İdarəsi, İdarənin nəznində fəaliyyət göstərən "İntelektual Gənclər və Vətənpərvərlik Klubu"nun təşkilatçılığı ilə Xəzər könüllüləri rayonun Mərdəkan qəsəbəsində yerləşən Şəhidlər Xiyabanını ziyarət ediblər.

  

Gənclər vətənimizin azadlığı uğrunda şəhid olmuş qəhrəmanlarımızın məzarları ətrafında təmizlik işləri aparıb, məzarları önünə gül dəstələri qoyublar.
  Xəzər rayon könüllüləri tərəfindən həyata keçirilən bu nəcib aksiyada əsasən gənclər  xüsusi ilə fəallıq göstərərək gənclərin hər zaman dövlətinə, millətinə ləyaqətlə xidmət etdiklərini və ərazilərimizin bütövlüyü uğrunda şəhid olmuş qəhrəman vətən övladlarını, böyük ehtiram və minnətdarlıq hissi ilə yad etdiklərini görülən real işlərlə bir daha sübüt ediblər.

  

Keçidlər