Şriftin ölçüsü :

Saytın rəngi :

Azərbaycan artıq dünyada qlobal əhəmiyyətli problemlərin həllinə töhvə verməyə qadir olan dövlət kimi qəbul olunur

09 iyul 2020 | 16:00

    

     Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Bakının Xətai rayonunda FHN-nin Tibb Mərkəzinin koronoviruslu xəstələrin müalicəsi üçün nəzərdə tutulan modul tipli hospitalının açılışında iştirak etmişlər. Sonra Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev yerli televiziya kanallarına verdiyi müsahibədə bir sıra ciddi və aktual məsələlərə toxunmuşdur.

      Birinci məsələ koronovirus pandemiyasına qarşı Azərbaycan Dövlətinin etdiyi addımlar olmuşdur. Pandemiyanın ilk yayıldığı ayından verilən qərarlar, karantin rejimi ilə bağlı qabaqlayıcı tədbirlər, sosial paketlər, qadağalar xəstəliklə mübarizə-də düzgün addım olmuşdur. Heç bir ölkə səhiyyə baxımından qlobal pandemiyaya hazır olmadığı təqdirdə, Prezidentin sərəncamı ilə yeni modul tipli xəstəxananın icrasına başlanılmışdır. Regional inkişaf proqramı çərçivəsində bölgələrdə də bu tipli xəstəxanalar Bakıda iki, Sumqayıtda bir, Gəncədə bir, Abşeronda bir açılmışdır. Hazırda ölkədə ümumiliklə 45 xəstəxana virusla mübarizədə mövcuddur.
     Prezident İlham Əliyev dövlət üçün insanların sağlamlığının və təhlükəsizliyinin prioritet olduğunu bəyan etmişdir. Hazırda həyata keçirilən siyasətin, reallaşdırılan təd-birlərin əsasında da məhz bu prinsip dayanır. Prezident dəfələrlə bəyan etmişdir ki, kimliyindən asılı olmayaraq karantin qaydalarını pozan insanların həyatına təhlükə yaradan hər bir hal araşdırılmalı və günahkar cəzalandırılmalıdır. Mövcud qanunlar və karantin rejimi ilə bağlı tətbiq edilən qaydalar hər kəs üçün əsas olmalıdır.
     Dövlətin iqtisadiyyatı ciddi əsaslar üzərində qurulduğuna görə pandemiyan dövrünün çətinliklərinə baxmayaraq heç bir sosial layihə təxirə salınmamışdır, ixtisar edilməmişdir. Məcburi köçkünlərə, şəhid ailələrinə yeni mənzillər verilmiş, çoxsaylı insanlara sosial yardım göstərilmişdir. Böyük iqtisadi maliyyə potensialı yaratmış olduğuna görə ölkəmiz istənilən böhranla bacara biləcəyini Prezident bildirmişdir.
     İkinci məsələ Azərbaycanın bu və  ya digər məsələlərlə bağlı qurduğu beynəlxalq əməkdaşlıq ölkəmizin beynəlxalq münasibətlər sistemində yeri və rolu ilə bağlıdır. Dünya miqyasında koronavirusla bağlı işlərə rəhbərlik edən ÜST Azərbaycanı pandemiyanın ilk günündən nümunəvi ölkə adlandırmışdır. Azərbaycan dövləti öz dəstəyini təkcə öz xalqına yox, maddi yardımını beynəlxalq arenada  da göstərmişdir.
     Üçüncü məsələ Prezidentin Ermənistan Azərbaycan Dağlıq Qarabağ probleninin həlli ilə bağlı fikirləri idi. Ermənistandaki, iqtidarların hamısı bir qayda olaraq güc tətbiq etməklə Azərbaycan torpaqlarını işğal etdilər, oliqarxlarla birləşib nəticədə kriminal rejimi hakimiyyətdə saxladılar. Adını “yeni” qoyduqları Nikol Paşnyanın inqilabi, hakimiyyətin mahiyyəti keçmişdəkilərdən fərqlənmir. Prezident İlham Əliyev çıxışında təstiq etmişdir ki, Ermənistanda ümumiyyətlə hakimiyyətin anti milli, anti xalq xarakteri daşıyır. Azərbaycan torpaqlarını özünkü kimi qələmə verməklə Ermənistan hakimiyyəti bütün doqruluqlara zidd gedir, və öz fəaliyyəti ilə bunu təstiq edir. Ermənistanda baş verən özbaşınalıq, diktatura rejimi bir-birini əvəz etsə də, Avropa təşkilatları, dünya birliyi, aparıcı inistutları heç bir reaksiya göstərmirlər. O, bildirdi ki, BMT təhlükəsizlik şurasında xüsusi mandat almış ATƏT-in Minsk qrupu problemin həlli üçün lazımi səylər göstərmirlər və ona görə də bu günə qədər münaqişə həll olunmayıb. Qeyd olundu ki, Minsk qrupunun xü-susi müşahidə missiyanın işğalçı ölkənin qeyri qanuni məskunlaşma aparmaq siya-sətinə göz yumur, belə faktları hazırladıqları hesabata salmırlar.
   Prezident bununla bağlı Minsk qrupuna öz vəzifələrini yerinə yetirməyə çağırış etmişdir. Azərbaycanın artıq konkret mövqe tələbini bildirib, öz torpaqlarının işğal altında qalmasını qəbul edilməyəcəyini çatdırmışdır.
   Prezident İlham Əliyevin həyata keçirdiyi daxili və xarici siyasət strategiyası ölkəmizi dünyada etibarlı tərəfdaş, sabit mövqeli dövlət kimi tanıtmışdır. Azərbaycan artıq dünyada qlobal əhəmiyyətli problemlərin həllinə töhvə verməyə qadir olan dövlət kimi qəbul olunur.


                                                  Xəzər rayon SİHİ Şurasının sədri :
Əhmədova A.Ş

Keçidlər