Şriftin ölçüsü :

Saytın rəngi :

Koronavirus pandemiyasına qarşı Azərbaycan dövlətinin apardığı mübarizə

08 iyul 2020 | 16:00
                                                                                                                            Koronavirus pandemiyasına qarşı
                                                                                                                    Azərbaycan dövlətinin apardığı mübarizə

      2020-ci il başlayandan dünyanı yeni bir bəla-koronavirus pandemiyası  öz   ağuşuna alıb.  Qlobal infeksiya çox saylı insan ölümünə səbəb olmaqla yanaşı, dünya  ölkələrini ciddi iqtisadi,maliyyə səhiyyə və sosial problemlərlə üz üzə qoydu. İqtisadi inkişaf səviyyəsindən, dünya siyasətində tutduğu mövqedən asılı olmayaraq, hazırda bütün ölkələr pandemiyanın yaratdığı fəsadları aradan qaldırmaq, bu bəladan daha az itki ilə çıxmaq üçün yollar axtarır. Ancaq  digər ölkələrdən fərqli olaraq Azərbaycan koronavirusla mübarizədə müsbət mənada fərqlənməyi bacardı. Azərbaycan Respublikası Prezdenti İlham Əliyev cənablarının, qabaqlayıcı və düşünülmüş siyasəti sayəsində Azərbaycan dövləti və xalqı, inkişaf etmiş dünya ölkələrindən fərqli olaraq, koronavirusun yaratdığı ağır  zərbələrdən yayınmağa müvəffəq oldu.İnfeksiyaya yoluxma hallarının geniş vüsət aldığı ilk anlardan Azərbaycan dövləti Ümümdünya Səhiyyə Təşkilatı (ÜST) ilə yaxından əməkdaşlıq şəraitində, əhalinin sağlamlığının qorunması, pandemiyanın geniş vüsət alınmasının qarşısının alınması istiqamətində mühüm addımlar atılmağa başlanıldı. Dövlətimiz virusla mübarizədə bütün mümkün tədbirləri görürdü. Virusa qarşı aparılan mübarizədə, görülən tədbirlərdə verilən qərarlarda ilk novbədə Azərbaycan xalqının sağlamlığı və Azərbaycan dövlətinin təhlükəsizliyi dururdu. Dövlətimiz virusa qarşı mübarizədə bütün mümkün tədbirləri görür və görməkdə də davam edir. Belə ki, Prezident İlham Əliyevin 2020-ci il 19 mart sərəncamı ilə Azərbaycan Respublikası Prezdintinin ehtiyat fondundan Koronavirusla Mübarizəyə Dəstək Fonduna ilkin olaraq 20 milyon manat ayırdı. Bu da onu subut etdi ki, dövlətimiz öz üzərinə düşən vəzifəni artıqlaması ilə yerinə yetirir. Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyev tərəfindən atılan bu nəcib addıma dəstək olaraq, başda cənab Prezident və Birinci vitse-prezident Mehriban xanım Əliyeva olmaqla, bütün dövlət qurumları, və bu qurumlarada çalışan əməkdaşlar, ictimai-siyasi xadimlər, millət vəkilləri, özəl sektorlar, sadə vətandaşlar, xaricdə yaşayan həmvətənlərimiz, hamı birnəfər kimi dövlətimizə, xalqımıza dünyanı ağuşuna alan bu virusa qarşı mübarizədə dəstək olmaqa üçün öz maddi köməkliklərini “Koronavirusla Mübarizəyə Dəstək Fonduna” göstərdilər. Buda  Azərbaycanda mövcud olan xalq və dövlət birliyini bir daha əyani şəkildə göstərdi. Prezident İlham Əliyevin pandemiyaya qarşı mübarizədə bir sıra mühüm addımlar atması müsbət nəticələrin əldə edilməsinə şərait yaratdı. Belə ki, Prezidentin sərancamı ilə Azərbaycan Respublikası Nazirlər kabinetinin yanında “Operativ Qərargah” yaradıldı. Kütləvi yoluxmanın qarşısının alınması üçün, dərhal respublikada vəziyyət nəzarətə alındı. Vaxtında kütləvi yoluxmanın qarşısının alınması, daha geniş vüsət almaması üçün təcili və təxirəsalınmaz tədbirlər görülməyə başlanıldı. Şübhəsiz atılan bütün addımlar koronavirusun qarşısının alınmasında müstəsna rol oynadı. Bir mənalı şəkildə qeyd etmək lazımdir ki, məhdudlaşdırıcı tədbirlər həyata keçirilməsəydi, vəziyyət nəzarətdən çıxa bilərdi və Respublikamızda çox acınacaqlı bir vəziyyət yarana bilərdi. Məhz bunu, inkişaf etmiş Avropa ölkələrinin timsalında görə bilərik ki, vaxtında dövlət tərəfindən görülməməsi sonradan öz acı nəticələrini göstərdi. Dövlətin bütün strukturaları pandemiya ilə mübarizəyə yönəlmişdir. Covid-19 virusuna yoluxmuş şəxslərin müalicəsi ilə bağlı xəstəxanalar müəyyən edildi, və bu xəstəxanalar bütün zəruri tibbi avadanlıqlarla təmin edildi. Eyni zamanda, Prezident İlham Əliyevin müvafiq tapşırığına əsasən, ölkə ərazisində qısa zaman kəsiyində 10 modul tipli xəstəxana kompleksinin qurulmasına başlanıldı, və onlardan bir neçəsinin açılışı həyata keçirilib. Modul tipli xəstəxanaların yaradılması koronavirusla mübarizəyə inanılmaz tövhə verib.
  İyulun 6-sın da ölkə  rəhbəri İlham Əliyev və Birinci vitse-prezidenti Mehriban Əliyeva koronaviruslu xəstələrin müalicəsi üçün Bakının Xətai rayonunda inşa edilən daha bir modul tipli hospitalın açılışında iştirak etdilər. Sözü gedən hospital 10 korpusdan ibarətdir, və 800 xəstəni qəbul və müalicə etmək üçün hər cür imkan var. Modul tipli hospitalda yaradılan şərait müalicə ilə yanaşı, laborator müayinələri də, qısa müddətdə və keyfiyyətli aprmağa imkan verir. Bazar ertəsi açılışı olan tibb ocağında yaradılan şəraitlə tanışlıqdan sonra, ölkə telekanallarına verdiyi müsahibə zamanı cənab Prezident bildirdi ki, bu ərazidə təqribən bir ay- ay yarım ərzində 1300-ə qədər çarpayısı olan yeni modul tipli xəstəxana inşa ediləcək. Ölkə rəhbəri yerli KİV-ə müsahibəsində bildirmişdi ki, “Təsəvvür etmək çətin deyil ki, əgər bu xəstəxanalar vaxtında tikilməsəydi indi biz hansı problemlərlə üzləşə bilərdik. Beləliklə bizim kifayət qədər boş çarpayılarımız var. Ancaq biz hər bir vəziyyətdə hazır olmalıyıq” Dünyanın bir çox ölkələrindən fərqli olaraq, Azərbaycanda pandemiyaya qarşı zamanında atılan çevik və qabaqlayıcı tədbirlər epidemioloji vəziyyəti nəzarətdə saxlamağa imkan verdi. Hazırda bununla bağlı mümkün tədbirlər həyata keçirilir. Cənab Prezident çıxışında bildirmişdir ki, “baxmayaraq hazırda gündə təqribən 500 yeni xəstə qeydə alınır, yəni yoluxmanın tenpi yüksəkdir ancaq vəziyyət nəzarət altındadır. Əlbəttə pandemiyanın ilk günlərindən çox önəmli addımlar atdıq. Feval ayında cəmi bizdə 6 laboratoriyamız var idi. Hazırda laboratoriyaların sayı 29-a çatıb  15 yeni laboratoriya sifariş verilib yoldadır gələcək və onların sayı 44-ə çatacaqdır. Bu da bizə imkan verəcəkdir ki, daha çox test aparaq” .Göründüyü kimi ölkəmizdə Covid-19-la mübarizə yüksək səviyyədə bir başa Prezidentin rəhbərliyi altında aparılır. Azərbaycan dövləti bütün imkanlarını və səylərini qlobal pandemiyaya qarşı mübarizəyə yönəldib. Atılan bütün təsirli addımların məqsədi insanlarımızın, onların sağlamlığının, həyatının bu xəstəlikdən qorunması üçündür. Artıq 6 aydır ki, bütün dünya qlobal koronavirus pandemiyasına qarşı ciddi mübarizə aparır, o cümlədən də təcavüzkar, işğalçı Ermənistanı da koronavirus öz çənginə alıb. Lakin Azərbaycandan fərqli olaraq, Ermənistanda hökm sürən ağır- iqtisadi durum, ölkə iqtisadiyyatnın tənəzüllə uğraması, ölkədə yoxsulluq səviyyəsinin yüksək olması, o cümlədən iqtidarda olan Paşinyan hakimiyyətinin yarıtmaz siyasəti nəticəsində COVİD-19 virusunun yaratdığı fəsadlar öz acı nəticələrini verməkdədir. Ermənistandakı mövcud vəziyyəti Azərbaycanla müqayisə edəndə görürük ki, əhalinin sayına nisbətdə yoluxma sayı, Azərbaycandan çox yüksəkdir. Pandemiya dövründə Ermənistanda yaranmış acınacaqlı vəziyyətin ölkənin baş naziri Nikol Paşinyanın sərişdəsiz rəhbərliyinin nəticəsidir. Mart, Aprel aylarında qonşu ölkələr, pandemiyaya qarşı mübarizəyə qoşuln zaman, Paşinyanın başı siyasi rəqiblərinə qarşı mübarizəyə qarışmışdır. Bu da bir daha onu göstərir ki, heç bir idarəçilik təcrübəsi olmayan, küçə mitinqləri vasitəsi ilə hakimiyyətə yiyələnən Paşinyanı erməni xalqının sağlamlığı, onun gələcəyi yox, daha çox şəxsi maraqları, hakimiyyət hərisliyi, düşündürür. Məhz bu siyasətin nəticəsi olaraq, onsuzda acınacaqlı durumda olan erməni xalqı dahada acınacaqlı vəziyyətə düşəcək.  

                                                                 29 sayli Birləşmiş  Şəhər Xəstəxanasının
                                                                 baş həkiminin müavini  Qasımov   Zakir

Keçidlər