Şriftin ölçüsü :

Saytın rəngi :

Xəzər Rayon İcra Hakimiyyəti başçısının vətəndaşlarla onlayn qəbulu keçirilib

06 iyul 2020 | 16:00

    6 iyul 2020-ci il tarixində Xəzər Rayon İcra Hakimiyyətinin başçısı Elşən Salahovun vətəndaşlarla onlayn qəbulu keçirilib.
Qəbulda rayonun Zirə və Qala qəsəbələrindən olan sakinlərin müraciətləri dinlənilib. RİH başçısı  vətəndaşların problemlərinin, təkliflərinin aidiyyəti üzrə qeydiyyata alınması və icra hakimiyyətinin səlahiyyətləri çərçivəsində həlli edilməsi üçün müvafiq göstərişlər verib.
   Elşən Salahov dünyanın əksər ölkələrində qeydə alınmış koronavirus pandemiyasının Azərbaycanda da yayılma təhlükəsi və insanların sağlamlığının qorunması məqsədilə digər kütləvi tədbirlərlə yanaşı, açıq qəbulların da təxirə salınması ilə bağlı Nazirlər Kabineti yanında Operativ Qərargahın təlimat və tövsiyələrinə uyğun olaraq dövlət orqanlarında vətəndaş qəbullarının dayandırıldığını sakinlərin diqqətinə çatdırıb. 
   Lakin, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin ölkə vətəndaşlarının problemlərini diqqətdə saxlamaq və sağlamlıqlarının qorunması istiqamətində tövsiyə və tapşırıqlarına əsasən  RİH başçısı tərəfindən vətəndaşlar mütəmadi olaraq onlayn qəbul edilir.
   RİH başçısı qəbul zamanı vətəndaşlara özlərinin və yaxınlarının sağlamlığı üçün karantin rejiminin qaydalarına riayət etmələrini, özünütəcrid tədbirlərinə uyğun davranmaqlarını tövsiyə edib.
  Qəbula gələnlər belə çətin vaxtda onların müraciətlərinin dinlənilməsindən məmnunluqlarını ifadə edərək, koronavirus pandemiyasının Azərbaycanda yayılmasına qarşı görülən qabaqlayıcı tədbirlərə, virusa yoluxanların müalicəsinə, sahibkarlara, sosial həssas ailələrə, eləcə də sadə insanlara göstərilən diqqət və qayğıya görə möhtərəm cənab Prezident İlham Əliyevə və Birinci Vitse-Prezident hörmətli Mehriban xanım Əliyevaya öz dərin minnətdarlıqlarını bildiriblər.

Keçidlər