Şriftin ölçüsü :

Saytın rəngi :

Mərdəkan qəsəbəsindəki Böyük Vətən Müharibəsində həlak olanların xatirəsinə salınmış park yenidən qurularaq əhalinin istifadəsinə verilib

02 iyun 2020 | 16:00

    Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığı ilə ölkə ərazisində, eləcə də Bakı şəhərində parkların və xiyabanların əsaslı şəkildə yenidən qurulması və yeni parkların salınması, sakinlərin və şəhərimizə gələn qonaqların rahatlığı üçün müasir standartlara uyğun istirahət guşələrinin yaradılması istiqamətində tapşırıqlarının icrasına əsasən son illər respublikamızın digər bölgələri ilə yanaşı Xəzər rayonunda da ardıcıl tədbirlərin davamı olaraq Mərdəkan qəsəbəsindəki Böyük    Vətən Müharibəsində həlak olanların xatirəsinə salınmış “Qələbə” Parkı əsaslı yenidənqurmadan sonra əhalinin istifadəsinə verilib.
    Xəzər Rayon İcra Hakimiyyəti tərəfindən ümumi ərazisi 4800 kv metr olan xatirə parkında görülən işlər çərçivəsində park tamamilə yenidən qurularaq 1941-1945 Böyük     Vətən Müharibəsi iştirakçılarının xatirəsinə ucaldılmış mövcud abidə kompleksi əsaslı şəkildə yenidən təmir olunmuş, parkın gecə işıqlandırılması sistemi yenidən qurulmuş, söhbətgahlar vəsakinlərin istirahəti üçün müasir oturacaqlar quraşdırılmış, mövcud bardürlər və səkilərdəki döşəməlik daşlar sökülərək yenisi ilə əvəzlənmiş, yeni suvarma sistemləri quraşdırılmış, və əraziyə 670 m3 münbit torpaq tökülərək, yeni ağac və gül kolları əkilmişdir.
    Bundan əlavə, park və abidə kompleksi ilə yanaşı, onun yerləşdiyi ətraf ərazilərdə də abadlıq işləri görülmüşdür.

 

Keçidlər