Şriftin ölçüsü :

Saytın rəngi :

Azərbaycan Könüllülərinin Əlaqələndirmə Mərkəzinin gənc könüllüləri tərəfindən "Bir-birimizi qoruyaq" Aksiyası çərçivəsində Xəzər rayonunda sakinlərə pulsuz tibbi maskalar paylanılıb

19 may 2020 | 16:00

Azərbaycan Respublikasında koronavirus infeksiyasının (COVİD-19) yayılmasının qarşısının alınması məqsədilə Nazirlər Kabineti yanında Operativ Qərargahın tələb və tövsiyyələrinə uyğun olaraq koronavirus pandemiyası dövründə əhalinin sağlamlığının qorunması məqsədilə 19 may 2020-ci il tarixində Azərbaycan Könüllülərinin Əlaqələndirmə Mərkəzi və Xəzər Rayon İcra Hakimiyyəti tərəfindən "Bir-birimizi qoruyaq" devizi altında Xəzər rayonunda xüsusi aksiya keçirilib. 
    Xəzər rayonunun Şüvəlan, Mərdəkan, Binə, Buzovna qəsəbələrinin mərkəzi küçələrində və əhalinin gur toplandığı digər ictimai məkanlarda insanlara tibbi maskalar paylanılıb. Həmçinin, sakinlərə Azərbaycan Respublikasının Nazirlər Kabinetinin Qərarına əsasən 18 may 2020-ci il tarixindən etibarən məhdudiyyətlərin yumşaldılmasına baxmayaraq bir müddət yenə də  şəxsi gigiyena qaydalarına əməl etmələri, özünütəcrid tədbirlərinə uyğun davranmaları, digər şəxslərlə minimum kontaktda olmaları, insanların sıx toplaşdığı yerlərə getməmələri tövsiyə edilib.

 

 

 

Keçidlər