Şriftin ölçüsü :

Saytın rəngi :

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin təşəbbüsü ilə Qoşulmama Hərakatı Təmas Qrupunun Zirvə görüşü keçirilib

13 may 2020 | 16:00

         Azərbaycan Respublikasının Prezidenti BMT-dən sonra dünyada ikinci böyük təşkilat olan Qoşulmama Hərəkatının Zirvə görüşündə koronavirus bəlasından çıxış yolunu göstərməklə yanaşı, bu istiqamətdə reallaşdırdığı proqramların effektiv nəticələrini  də bölüşmüş, Qoşulmama Hərəkatının üzv dövlətlərinə böhrandan əziyyət çəkən ölkələrə dəstək verməyə hazır olduğunu bəyan etmişdir. Bununla yanaşı zirvə görüşündə çıxış edən beynəlxalq təşkilatların rəhbərləri Azərbaycan Respublikası Prezidentinin fikirlərini dəstəkləyərək, yeganə qurtuluş yolunun birgə mübarizədən keçdiyini qeyd etmişlər.
          Koronavirusla mübarizəyə həsr olunmuş “COVİD-19-a qarşı birlikdəyik” mövzusunda keçirilən Zirvə görüşü Qoşulmama Hərəkatının gündəliyinə tarixi hadisə kimi düşmüşdür. Belə ki, Azərbaycan Respublikası Prezidentinin təşəbbüsü ilə reallaşan konfrans 120 dövlətin təmsil olunduğu nəzərə alınaraq coğrafi təmsilçilik prinsipi əsasında Avropa, Asiya, Afrika və Latın Amerikasında yerləşən ölkələrin iştirakı ilə Təmas Qrupu formatında keçirilmişdir. Qoşulmama Hərəkatının bütün üzv dövlətləri bu təşəbbüsü yekdilliklə dəstəkləmiş və Təmas qrupunda coğrafi təmsilçilik və könüllü iştirak prinsipi əsasında bütün regional qruplardan olan ölkələr təmsil olunmuşdur.              
           120 daimi üzvü olan hərəkat müasir beynəlxalq münasibətlərin tənzimlənməsində iştirak edən platformadır və görüş bir daha təsdiq etdi ki, təşkilata Azərbaycanın sədrliyi dövründə zamanın tələblərinə uyğun olaraq real addımlar atılır və Azərbaycan öz növbəsində beynəlxalq arenada üzv ölkələrin maraqlarının müdafiə edilməsi üçün əməli addımlar atacaq və həmrəyliyin gücləndirilməsini, qarşılıqlı dəstəyi rəhbər tutacaqdır.
         Zirvə görüşündə cənab İlham Əliyev Azərbaycanda koronavirus xəstəliyinin yayılmasının qarşısının alınması üçün vaxtında həyata keçirilən çevik və zəruri qabaqlayıcı tədbirlər barədə məlumat verərək, pandemiya dövründə insanların sağlamlığı və onların sosial müdafiəsinin təmin edilməsinin prioritet məsələlər olduğunu bildirmişdir.
          Zirvə görüşündə 18 bənddən ibarət Bəyannamə qəbul edilmiş, sənəddə hərəkat üzvlərinin müxtəlif sahələr üzrə bir-birinə dəstəyi öz əksini tapmışdır. Qoşulmama Hərəkatının yaradılacaq İşçi Qrupu üzv ölkələrin pandemiya ilə bağlı humanitar və tibbi ehtiyaclarını vahid məlumat bazasına daxil edəcək və daha sonra həmin məlumatlar mümkün yardımların göstərilməsi üçün donor ölkələrə və beynəlxalq humanitar təşkilatlara təqdim olunacaqdır.
          Dövlət başçısı pandemiya şəraitində Azərbaycanda iqtisadi sabitliyin təmini və məşğulluq ilə bağlı problemlərin həlli istiqamətində görülən işlərdən danışaraq, bu məqsədlə müstəqillik tariximizin ən böyük maliyyə tutumlu sosial-iqtisadi dəstək paketinin qəbul olunduğunu diqqətə çatdırmışdır.


        

Keçidlər