Şriftin ölçüsü :

Saytın rəngi :

Xəzər rayonunda koronavirus infeksiyasının (COVİD-19) yayılmasının qarşısının alınması məqsədilə dezinfeksiya işləri davam etdirilir

05 may 2020 | 16:00

 Azərbaycan Respublikasında koronavirus infeksiyasının (COVİD-19) yayılmasının qarşısının alınması məqsədilə Nazirlər Kabineti yanında Operativ Qərargahın tələb və tövsiyyələrinə uyğun olaraq Xəzər Rayon İcra  Hakimiyyəti tərəfindən qabaqlayıcı tədbirlər davam etdirilir.
    Xəzər Rayon İcra Hakimiyyəti, Bakı Şəhər Mənzil-Kommunal Təsərrüfatı Departamenti və Xəzər Rayon Mənzil Kommunal Təsərrüfatı Birliyini tərəfindən xüsusi texnika vasitəsilə rayonun Mərdəkan qəsəbəsinin, Ərəblinski, R.Qasımov, S.Yesenin, Telman və B.Əliyev, 28 May, Şüvəlan qəsəbəsinin, Heydər Əliyev, A.İldırım, Şimal DRES yaşayış sahəsi, L.Starçuk, Nizami, M.Ə.Sabir, S.Vurğun, İ.Muradov, Şağan qəsəbəsinin H.Xanızadə,Buzovna qəsəbəsinin G. Məmmədov, M. Sübhi, H. Eyvazov , Qədəmgah yolu, Zuğulba şosesi (R.İmanov küçəsi), R.Axundov, A.Mirzəyev, Binə qəsəbəsinin Ə. İsazadə, H. Hasilov, Xətai, Xəqani, R. Məmmədhüseynov və Mehriban qonşular küçələrində gücləndirilmiş dezinfeksiya işləri aparılaraq, yollar dezinfeksiyaedici kimyəvi maddələrlə yuyulub.
    Eyni zamanda, mütəmadi olaraq rayon ərazisindəki yaşayış binalarında, məişət tullantıları konteynerlərində və meydançalarında, məhəllələrdəki idman-əyləncə qurğularında, söhbətgahlarda, yeraltı piyada keçidlərində, yol kənarlarında və səkilərdə, dayanacaqlarda və ticarət obyektlərinin ətrafında da dezinfeksiy işləri aparılır.

Keçidlər