Şriftin ölçüsü :

Saytın rəngi :

Xəzər rayonunda koronavirus infeksiyasının qarşısının alınması məqsədilə dezinfeksiya işləri davam etdirilir

16 aprel 2020 | 16:00

    Xəzər rayonunda vətəndaşların sağlamlığının qorunması məqsədilə koronavirus (COVID-19) infeksiyasının yarada biləcəyi təhlükənin qarşısının alınması məqsədilə dezinfeksiya işləri davam etdirilir.
        Görülən dezinfeksiya tədbirləri çərçivəsində rayonun bütün qəsəbələri ilə yanaşı Bakı Şəhər İcra Hakimiyyəti və Xəzər Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə xüsusi texnikalardan istifadə olunaraq su şırnaqları ilə 15 aprel 2020-ci il tarixində Binə qəsəbəsinin mərkəzi küçəsi olan Ə.İsazadə küçəsi xüsusi məhlulla yuyularaq dezinfeksiya edilmişdir.
      Bundan əlavə, rayon üzrə inzibati binaların ətrafı, yaşayış binalarının həyətləri, blokları və pilləkən qəfəsələri, məişət tullantıları üçün konteynerlər zəruri avadanlıq və preparatlarla təchiz olunan işçi qruplar tərəfindən dezinfeksiya edilib.
       Rayon ərazisində dezinfeksiya işləri qrafikə uyğun olaraq mütəmadi olaraq aparılır.

Keçidlər