Şriftin ölçüsü :

Saytın rəngi :

Xəzər rayonunda koronavirus infeksiyasının yarada biləcəyi təhlükəni aradan qaldırmaq məqsədilə təxirəsalınmaz və qabaqlayıcı tədbirlər davam etdirilir

07 aprel 2020 | 16:00

   Xəzər rayonunda vətəndaşların sağlamlığının qorunması məqsədilə koronavirus (COVID-19) infeksiyasına qarşı təxirəsalınmaz, qabaqlayıcı tədbirlər davam etdirilir. 
   Görülən dezinfeksiya tədbirləri çərçivəsində xüsusi texnikalardan istifadə olunaraq su şırnaqları ilə küçə və məhəllədaxili yollar yuyularaq dezinfeksiya edilir. Çoxmənzilli yaşayış binalarının ətrafında, girişlərində, liftlərdə, pilləkan qəfəslərində, həyətlərdə, qeyri-yaşayış obyektlərində dezinfeksiya işləri aparılır.
    6 aprel 2020-ci il tarixində rayonun Binə qəsəbəsində Ümumi sahəsi 53000 kv.m olan Ə.İsazadə və C.Cabbarlı küçələrində xüsusi maşınlarla dezinfeksiya işləri aparılmışdır.
Bu istiqamətdə işlər mütəmadi olaraq davam etdirilir.

Keçidlər