Şriftin ölçüsü :

Saytın rəngi :

Xəzər rayonunun Binə qəsəbəsində abadlıq-quruculuq işləri uğurla davam edir

29 mart 2020 | 16:00

     

      Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırıq və tövsiyyələrinə uyğun olaraq Xəzər rayonunun bütün qəsəbələrində olduğu kimi Binə qəsəbəsində də abadlıq-quruculuq işləri uğurla davam edir.
     Bilə ki, qəsəbənin uzun müddət əsaslı şəkildə təmir olunmadan istismar olunan, yol örtüyünün vəziyyəti qənaətbəxş olmayan, və ümumi istifadədə olan Nizami Abbasov küçəsində təmir-tikinti işləri yekunlaşmaq üzrədir.
     Vətəndaşların rahat və təhlükəsiz şəkildə hərəkətinin təmin olunması məqsədilə sözügedən küçədə yağış sularının təxliyyəsi üçün 800 metr boru çəkilmiş 26 ədəd barmaqlıq quraşdırılmış və betonlanmış, 3 ədəd (300 m3, 260m3, 125m3) çirkab su ambarı tikilmiş. 260 metr  bordür düzülmüş, yol boyu 10 ədəd aydınlatma işıq dirəklərinin təməllərində ankerlər quraşdırılmış və betonlanmış, 22 ədəd işıq dirəyi rənglənmişdir.  

       Bundan əlavə, Xəzər rayonu üzrə Enerji təchizatı və 5 saylı Rabitə Xidmətləri Mərkəzi tərəfindən yolun hərəkət sahəsinə düşən dirəklərin yeri dəyişdirilmiş, Bakı regional Qaz istismarı Departamentinin Xəzər Rayon texniki İstismar Xidməti tərəfindən isə qaz boruları üçün dirəklər düzəldilmişdir.

      300-dən çox əhalinin yaşadığı Nizami Abbasov küçəsində ümumi uzunluğu 1200 metr olan yolun 400 metr hissəsinin  asfaltlanması işləri başa çatmışdır.

        Hazırda işləri sürətlə davam edir.

 

 

 

Keçidlər