Şriftin ölçüsü :

Saytın rəngi :

Şüvəlan qəsəbəsində dezinfeksiya işləri davam etdirilir

27 mart 2020 | 16:00

     Koronavirus (COVİD-19) infeksiyasının rayon ərazisində yayılmasının qarşısının alınması məqsədilə Xəzər rayonunda profilaktik dezinfeksiya işləri davamlı və intensiv xarakter alıb.
     Bu sahədə aparılan müvafiq profilaktik tədbirlərin effektivliyinin yüksəldilməsi məqsədi ilə rayonunun digər qəsəbələri ilə yanaşı, Şüvəlan qəsəbəsində də təxirəsalınmaz tədbirlər davam etdirilir.
     Belə ki, görülən tədbirlər çərçivəsində qəsəbənin A.İldrım, Sabir, Ş.Bayramov küçələrində, eləcə də, qəsəbədə yerləşən istirahət parklarında, Məscid və ziyarətgahların həyətlərində, dayanacaqlarda, xırda və iri ərzaq mağazalarında və sakinlərin daha çox istifadə etdiyi digər vacib yerlərdə tibbi-profilaktik və dezinfeksiyaedici tədbirlər aparılır.
     Eyni zamanda, mütəmadi olaraq,  qəsəbədə olan çoxmənzilli yaşayış binalarının girişləri, həyətləri, orada olan oturacaqlar, idman qurğuları, söhbətgahlar və uşaq meydançalarıda xüsusi təmizləyicilərlə dezinfeksiya olunur.
    Bakı Şəhər İcra Hakimiyyəti və Xəzər Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə mütəmadi olaraq xüsusi kommunal texnikalar vasitəsi ilə qəsəbənin küçə və prospektlərinin kənarları, yol kənarlarındakı məhəccərlərin yuyulması işləri aparılır.
     Bundan əlavə, qəsəbələrdə yaradılan operativ təbliğat qrupları tərəfindən qəsəbədə koronavirus infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə tətbiq edilmiş xüsusi rejimin qaydalarına əməl edilməsi və hər bir vətəndaşın şəxsi və kollektiv gigiyena tələblərinə riayət etmələrinin vacibliyi barədə təbliğat işləri görülür və qəsəbə ərazisində yaşayan ahıl, tənha şəxslərin siyahısı müəyyənləşdirilərək, onlara spirt, maska və digər gigiyenik vasitələr paylanılır.
      Bu istiqamətdə işlər intensiv şəkildə davam etdirilir.

 

 

 

Keçidlər