Şriftin ölçüsü :

Saytın rəngi :

Buzovna qəsəbəsində dezinfeksiya işləri davam etdirilir

25 mart 2020 | 16:00

     Nazirlər Kabineti yanında Operativ Qərargahın tələb və tövsiyələrinə uyğun olaraq, koronavirus (COVID-19) infeksiyasının yarada biləcəyi təhlükənin qarşısının alınması məqsədilə rayonun digər qəsəbələri ilə yanaşı Buzovna  qəsəbəsində də təxirəsalınmaz tədbirlər həyata keçirilir.
    Belə ki, gündəlik olaraq qəsəbə ərazisində olan istirahət parklarında, məhəllələrdə, orada quraşdırılan uşaq-əyləncə və idman qurğularında, yaşayış binalarında, binalardakı liftlərdə və ümumi istifadə yerlərində, qəsəbə ərazisində olan məscid və ziyarətgahların həyətlərində, avtobus dayanacaqlarında, məişət tullantılarının atıldığı konteyner meydançalarında, qəsəbənin küçə və prospektlərində ümumiyyətlə, insanların sıx olduğu yerlərdə dezinfeksiya işləri aparılır. Hər bir vətəndaşın şəxsi və kollektiv gigiyena tələblərinə riayət etmələrinin vacibliyi barədə təbliğat işləri də aparılır.
   Bu işlər gündəlik olaraq davam etdirilir.

 

 

Keçidlər