Şriftin ölçüsü :

Saytın rəngi :

Xəzər rayonunda Yeni Azərbaycan Partiyasının yaranmasının 27 illiyi münasibətilə “Xəzər – Yaşıllıqlar Məkanı” adlı ağacəkmə aksiyası keçirildi

23 noyabr 2019 | 16:00

     23 noyabr 2019-cu il tarixində Xəzər rayonunda Yeni Azərbaycan Partiyasının yaranmasının 27 illiyi münasibətilə  “Xəzər – Yaşıllıqlar Məkanı” adlı ağacəkmə aksiyası keçirildi.
   Xəzər Rayon İcra Hakimiyyəti, YAP Xəzər Rayon Təşkilatı, Xəzər Rayon Gənclər və İdman İdarəsinin və Xəzər Könüllülərinin təkilatçılığı, “ASAN” Könüllüləri və “Beta-Tea” şirkətinin təşkilati dəstəyi ilə rayonun Mərdəkan qəsəbəsində keçirilən ağacəkmə aksiyasında Xəzər RİH-nin başçısı Elşən Salahov, Millət Vəkili Rauf Əliyev, YAP Xəzər Rayon Təşkilatının sədri Namiq Əhmədov, Xəzər RİH  başçısının müavini Vüqar Novruzov və Rayon İcra Hakimiyyəti başçısı Aparatının kollektivi, rayonda fəaliyyət göstərən idarə, müəssisə və təşkilat rəhbərləri, eləcə də YAP  Xəzər rayon təşkilatının fəal üzvləri, “ASAN” Könüllüləri və ictimaiyyət nümayəndələrinin iştirakı ilə həyata keçirilən aksiya zamanı  1000 ədəd  “Çinar” ağacı əkildi.
    Xəzər rayonunda ətraf mühitin qorunması, ekoloji vəziyyətin daha da yaxşılaşdırılması  məqsədi ilə rayonun bütün ərazisi boyu mütəmadi olaraq genişmiqyaslı  abadlıq, yaşıllaşdırma işləri həyata keçirilir.
    Rayonda ətraf mühitin mühafizəsinə və yaşıllıqların arıtırılmasına töhfə verən bu cür ağacəkmə aksiyaları davamlı olaraq keçirilməsi planlaşdırılır.

Keçidlər