Şriftin ölçüsü :

Saytın rəngi :

"Azəriqaz" İstehsalat Birliyinin təşəbbüsü ilə rayon ərazisindəki istixana sahibləri ilə görüş keçirilib

15 noyabr 2019 | 16:00

 Xəzər rayonunda "Azəriqaz" İstehsalat Birliyinin təşəbbüsü ilə rayon ərazisindəki istixana sahibləri ilə görüş keçirilib. Zirə mədəniyyət evində baş tutan görüşdə Xəzər rayonunun İcra Hakimiyyətinin başçısı Elşən Salahov, "Azəriqaz"İB-nin baş direktoru Ruslan Əliyev, Kənd Təsərrüfatı nazirinin müavini İlham Quliyev, Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin İdarə Heyətinin sədri Orxan Məmmədov və Azərbaycan Meyvə-Tərəvəz İstehsalçıları və İxracatçıları Assosiasiyasının sədri Bəşir Quliyev iştirak ediblər.Görüşdə 50-dək meyvə-tərəvəz istehsalı ilə məşğul olan istixana sahiblərinin problem və suallar dinlənilib.Onlar əsasən istixanalara verilən qazın qiymətin endirilməsini,borclarla bağlı güzəştlərin olunmasını, qaz sayğacı tənzimləyicilərinin yerinin dəyişdirilməsi və s.məsələlərlə bağlı fikirlər səsləndiriblər. Səsləndirilən suallar və problemlərələ bağlı sahibkarlara müvafiq ətraflı izahatlar verilib.Görüş işgüzar şəraitdə keçirilib .
      Sonda sahibkarlar görüşün maraqlı keçirilməsinə görə öz dərin minnətdarlıqlarını bildiriblər

Keçidlər