Şriftin ölçüsü :

Saytın rəngi :

Xəzər rayonu ərazisində avtomobil yollarının yenidən qurulması işləri davam etdirilir

25 oktyabr 2019 | 16:00

     Ölkəmizdə həyata keçirilən irimiqyaslı layihələr sırasında abadlıq-quruculuq işlərinə xüsusi yer ayrılır.
Xəzər rayonunda da sakinlərimizin istək və arzularına uyğun olaraq küçə və meydanlar, parklar abadlaşdırılıb, ayrı-ayrı ictimai binalarda, əsas yollarda, qəsəbədaxili küçələrdə təmir işləri aparılıb və yenidən qurulub, su və kanalizasiya sistemləri yenilənərək əhalinin istifadəsinə verilib.
     Davamlı olaraq, rayon ərazisində təmizlik və abadlıq işlərinin görülməsi, yaşıllıqların salınması, sakinlər üçün təhlükəsiz və rahat yaşam şəraitinin təmin olunması istiqamətində görülən işlər davam etdirilir.
Bununla yanaşı, rayon ərazisində yeni asfalt yolların çəkilişi, əsaslı və cari təmiri istiqamətində də işlər davam etdirilir.
    Hazırda Buzovna qəsəbəsində 5000-dən artıq əhalisi olan  "Təmənis" yaşayış sahəsində yol infrastrukturunun yenidən qurulması məqsədilə ümumi uzunluğu 2,0 km olan yolun, 1,4 km hissəsinə asfalt örtüyü salınmış, bu istiqamətdə işlər davam etdirilir.

Keçidlər