Şriftin ölçüsü :

Saytın rəngi :

Xəzər rayonunda kənd təsərrüfatı məhsullarının ənənəvi satış yarmarkası fəaliyyətini davam etdirir

12 oktyabr 2019 | 16:00

    12-13 oktyabr 2019-cu il tarixlərində Xəzər rayonunun Mərdəkan qəsəbəsi, S.Yesenin küçəsi, döngə 2 ünvanında (köhnə avtovağzalda) təşkil olunan kənd təsərrüfatı məhsullarının yarmarkası fəaliyyətini davam etdirir.

   Kənd təsərrüfatı məhsullarının satış yarmarkası hər həftənin şənbə, bazar günləri fəaliyyət göstərəcək.

Müxtəlif bölgələrindən olan fermerlər, ailə təsərrüfatları əhaliyə mövsümi və xüsusi vasitələrlə saxlanılmış kənd təsərrüfatı məhsullarını bazar qiymətlərindən xeyli ucuz təklif edirlər.

     Müvafiq qurumlar tərəfindən məhsulların keyfiyyətinə və qiymətlərinə nəzarət olunur. Fermerlər, sahibkarlar və kənd təsərrüfatı məhsulları istehsalçıları məhsullarını satmaq üçün yarmarkaya gətirir və münasib qiymətlərlə alıcılara təklif edirlər.

Keçidlər