Şriftin ölçüsü :

Saytın rəngi :

Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin Xəzər rayon şöbəsinin yaranmasının 25 illik yubileyi keçirilib

11 oktyabr 2019 | 16:00

      11 oktyabr 2019-cu il tarixində Mərdəkan Mədəniyyət Sarayında Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin Xəzər rayon şöbəsinin yaranmasının 25 illik yubileyi keçirilib.

      Tədbirdə Xəzər Rayon İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Gülbala Qurbanov, Qarabağ Müharibə Əlilləri və Şəhid Ailələri İctimai Birliyinin Xəzər rayon şöbəsinin sədri Səfa Əliyev, Qarabağ müharibə veteranları, AVMVİB-nin Xəzər rayon şöbəsinin sədri R. Tağıyev, AVMVİB-nin sədri F. Rzaquliyev, AVMVİB-in üzvü, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəis müavini Ş. Məmmədov, Baş cəmiyyətdən qonaqlar və rayon gəncləri iştirak ediblər.

    Tədbirdə əvvəlcə Respublikamızın ərazi bütövlüyü, müstəqilliyi uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Azərbaycan Respublikasının dövlət himni səsləndirilib.   

      Tədbirdə Ümummilli Lider Heydər Əliyevə həsr olunmuş qısametrajlı filmə baxıldıqdan sonra Xəzər Rayon İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Gülbala Qurbanov çıxış edərək Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cənablarına Qarabağ müharibə veteranlarına göstərilən diqqət və qayğıya görə öz dərin minnətdarlığını bildirib, gənclərə milli ruh yüksəkliyi arzulayıb.

 

Keçidlər