Şriftin ölçüsü :

Saytın rəngi :

Türkan qəsəbəsində abadlıq-quruculuq işləri davam etdirilir

10 oktyabr 2019 | 16:00

      Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırıq və tövsiyələrinə uyğun olaraq Xəzər rayonunda abadlıq-quruculuq və yenidənqurma işləri davam edir.
     Rayonun bütün qəsəbələrində olduğu kimi Türkan qəsəbəsində də abadlıq-quruculuq işləri görülür.
Belə ki, Türkan qəsəbəsində 3700 dən artıq əhalisi olan  Bağlar massivində yol infrastrukturunun yenidən qurulması məqsədilə ümumi uzunluğu 1.5 km olan yolun, 1 km hissəsinə asfalt örtüyü salınmış, hal-hazırda işlər davam etdirilir.
      Eyni zamanda həmin yolda piyadaların rahat hərəkət etmələri üçün səkilərin tikilməsi  və gələcəkdə yolun kənarında yaşıllıqların salınması nəzərdə tutulub.
      Qəsəbədə sakinləri narahat edən digər problemlərində həlli istiqamətində tədbirlər görülməkdədir.
Belə ki, abadlıq-quruculuq işləri çərçivəsində qəsəbədə sutkanın qaranlıq saatlarında işıqlandırmanı təmin etmək məqəsədi ilə yeni işıq dirəkləri quraşdırılıb və bir neçəsi təmir olunmuşdur.
      Sakinlər tərəfindən edilən çoxsaylı müraciətləri nəzərə alaraq qəsəbədə olan marşurut problemi öz müsbət həllini tapmışdır.
    Bakı Nəqliyyat Agentliyi tərəfindən Hövsan-Türkan qəsəbələri istiqamətində olmaqla yeni 210A nömrəli və Türkan - Qala - Mərdəkan istiqamətlərində də yeni müntəzəm marşurut xətti fəaliyyətə başlayaraq sakinlərin xidmətinə verilmişdir.
Bundan əlavə qəsəbədə sərnişinlərin rahatlığının tam təmin edilməsi məqsədilə yeni avtobus dayanacaqları quraşdırılaraq istifadəyə verilib.
     Xəzər Rayon İcra Hakimiyyətinin başçısı E.Salahov qəsəbədə gedən abadlıq-quruculuq işlərinin vəziyyəti ilə tanış olmaq üçün Türkan qəsəbəsində olub və qəsəbə sakinləri ilə görüşüb, onlarla çay süfrəsi ətrafında səmimi söhbət edib və qəsəbənin digər problemləri ilə maraqlanıb.

    Sakinlər son illər respublikamızda, eləcə də Xəzər rayonunda aparılan abadlıq və quruculuq işlərinə görə dövlət başçısına öz minnətdarlıqlarını bildiriblər.

Keçidlər