Şriftin ölçüsü :

Saytın rəngi :

Xəzər rayonunda əhalinin siyahıyaalınmasına hazırlıqla bağlı tədbir keçirilib

30 sentyabr 2019 | 16:00

     30 sentyabr 2019-cu il tarixində Xəzər Rayon İcra Hakimiyyətində 2019-cu ilin oktyabr ayının 1-dən 10-dək rayon əhalisinin siyahıyaalınmasına hazırlığın və onun keçirilməsi üzrə nəzərdə tutulmuş tədbirlərin icra vəziyyətinə dair tədbir keçirilib.

    Tədbirdə Xəzər Rayon İcra Hakimiyyəti başçısının birinci müavini, əhalinin siyahıyaalınmasına yardım komissiyasının sədri Elşən Qurbanov, RİH başçıs aparatının şöbə müdirləri, komissiyanın üzvləri, siyahıyaalma məntəqələrinin müdirləri, müdir müavinləri və təlimatçı-nəzarətçilər iştirak ediblər.

    Xəzər Rayon İcra Hakimiyyəti başçısının birinci müavini E.Qurbanov "2019-cu ildə Azərbaycan Respublikasında əhalinin siyahıyaalınmasının keçirilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 7 sentyabr tarixli 1040 nömrəli Fərmanına uyğun olaraq bu ilin 1-10 oktyabr tarixlərində ölkə ərazisində əhalinin növbəti siyahıyaalınmasının həyata keçiriləcəyini bildirib.

Sonra ölkəmizdə keçiriləcək əhalinin növbəti siyahıya alınması ilə bağlı Xəzər rayonunda görülən işlər barədə geniş məlumat verilib və suallar cavablandırılıb.

 

Keçidlər