Şriftin ölçüsü :

Saytın rəngi :

Xəzər rayonunda təşkil olunan kənd təsərrüfatı yarmarkası fəaliyyətini davam etdirir

28 sentyabr 2019 | 16:00

      28-29 sentyabr 2019-cu il tarixlərində Xəzər rayonunun Mərdəkan qəsəbəsi, S.Yesenin küçəsi, döngə 2 ünvanında (köhnə avtovağzalda) təşkil olunan kənd təsərrüfatı yarmarkası fəaliyyətini davam etdirir.

Müxtəlif bölgələrindən olan fermerlər, ailə təsərrüfatları əhaliyə mövsümi və xüsusi vasitələrlə saxlanılmış kənd təsərrüfatı məhsullarını bazar qiymətlərindən xeyli ucuz təklif edirlər.

     Müvafiq qurumlar tərəfindən məhsulların keyfiyyətinə və qiymətlərinə nəzarət olunur. Fermerlər, sahibkarlar və kənd təsərrüfatı məhsulları istehsalçıları məhsullarını satmaq üçün yarmarkaya gətirir və münasib qiymətlərlə alıcılara təklif edirlər.

 

 

Keçidlər