Şriftin ölçüsü :

Saytın rəngi :

Xəzər rayonunun Buzovna qəsəbəsində də yeni yaşıl guşələrin yaradılması işləri sürətlə davam etdirilir

27 sentyabr 2019 | 16:00

     Bakı Şəhər İcra Hakimiyyəti başçısının yeni yaşıl guşələrin yaradılması ilə bağlı sərəncamına əsasən Xəzər rayonunda fəaliyyət göstərən sahibkarlar, müəssisə və təşkilat rəhbərləri tərəfindən istifadələrində olan obyektlərin qarşısında yerləşən ərazilərdə yeni yaşıllıqların salınmasına və mövcud yaşıllıqlarıın günün tələbləri səviyyəsinə çatdırılması istiqamətində işlər davam etdirilir.

      Rayonun digər qəsəbələri ilə yanaşı Buzovna qəsəbəsində də yeni yaşıl guşələrin yaradılması işləri sürətlə davam etdirilir.

      Rayon ərazisində fəaliyyət göstərən sahibkarlar aksiyada fəal iştirak edərək özlərinə məxsus obyektlərin qarşısında yeni yaşıllıqlar salaraq, onların saxlanılmasında fəal iştirak edirlər.

 

 

 

Keçidlər