Şriftin ölçüsü :

Saytın rəngi :

Xəzər rayonunun Buzovna çimərliyində “Xəzəri qoruyaq” adlı təmizlik aksiyası keçirilib

21 sentyabr 2019 | 16:00

     21 sentyabr 2019-cu il tarixində Xəzər rayonunun Buzovna çimərliyi ərazisində “Xəzəri qoruyaq” adlı təmizlik aksiyası keçirilib. “ASAN xidmət”, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyi və “Coca-Cola” şirkətinin birgə təşkilatçılığı ilə keçirilən aksiya zamanı ərazi tullantılardan təmizlənib.
    Yüzlərlə iştirakçının qoşulduğu bu ilki tədbirin keçirilməsində məqsəd ölkədə ekoloji drumun yaxşılaşdırılması, əhalinin maarifləndirilməsi və ətraf mühitə məsuliyyətlə yanaşma prinsiplərini təbliğ etməkdir.
    Beynəlxalq Sahilyanı Təmizlik Günü su hövzələri sahillərinin tullantılardan təmizlənməsinə yönələn ən irimiqyaslı aksiyadır.
    Hər il 21 sentyabr tarixində dünyanın 100-dən çox ölkəsində təşkil olunan təmizlik aksiyalarında on minlərlə insan könüllü olaraq sahilyanı əraziləri tullantılardan təmizləyir. 9 ildir ki, Azərbaycanda da Beynəlxalq Sahilyanı Təmizlik Günü qeyd olunur.

https://asan.gov.az/az/media/press-releases/xezeri-qoruyaq-adli-temizlik-aksiyasi-kecirilib?fbclid=IwAR0yD1zdFC3OzuUWms0SvnsInn3k5SxAu1GEOXbXJxeAgFAnOTl7HLcqcgs

 

Keçidlər