Şriftin ölçüsü :

Saytın rəngi :

Xəzər Rayon İcra Hakimiyyətinin başçısı Elşən Salahovun Binə qəsəbəsinin sakinləri ilə növbəti səyyar qəbul-görüşü keçirilib

18 sentyabr 2019 | 16:00

     18 sentyabr 2019-cu il tarixində Xəzər Rayon İcra Hakimiyyətinin başçısı Elşən Salahovun Binə qəsəbəsinin sakinləri ilə növbəti səyyar qəbul-görüşü keçirilib.
    Səyyar görüşdə Azərbaycan Respublikasının Prezidenti Administrasiyasının məsul əməkdaşı Tağı Tağıyev, Xəzər Rayon İcra Hakimiyyəti başçısının müavinləri, aparatın şöbə müdirləri, rayon üzrə fəaliyəət göstərən xidmət sahələrinin rəhbərləri, Binə  qəsəbəsi İƏD üzrə nümayəndəsi, Bələdiyyə sədri və qəsəbə sakinləri iştirak ediblər.
      Görüşü Rayon İcra Hakimiyyətinin başçısı Elşən Salahov açıq elan edərək, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında rayonda həyata keçirilən müxtəlif Dövlət proqramlarının uğurla icrası nəticəsində abadlıq-quruculuq, yenidən qurma işlərinin sürətlənməsi və rayon ərazisində əsaslı Infrastruktur layihələrin həyata keçirildiyini vurğulayaraq, qəbulda iştirak edən sakinləri fəal olmağa çağırıb, onları narahat edən problemlərin qaldırılmasını bildirib.
   Qəbulda iştirak edən sakinlər məhəllədaxili yolların asfaltlanması, içməli su və kanalizasiya, piyada keçidlərinin tikilməsi və digər sosial məsələlərlə bağlı rayon rəhbərinə müraciət ediblər.
      Qəbulda səslənən müraciətlər, təklif və rəylər dinlənildikdən sonra sakinlərə müvafiq izahatlar verilib, qaldırılan məsələlərin həlli istiqamətində əlaqədar qurum və təşkilat rəhbərlərinə yerindəcə tapşırıqlar verilib və onların həlli nəzarətə götürülüb.
      Azərbaycan Respublikasının Prezidenti Administrasiyasının məsul əməkdaşı Tağı Tağıyev çıxış edərək ölkə rəhbərinin tapşırığına uyğun olaraq RİH başçıları tərəfindən mütəmadi olaraq yerlərdə səyar-qəbulların keçirildiyini vurğulayıb və belə görüşlərin təşkilində əsas məqsədin əhalini narahat edən problemlərin yerindəcə öyrənilməsi və operativ həll edilməsi olduğunu diqqətə çatdırıb. Həmçinin görüşdə qaldırılan məsələlərin RIH ilə birlikdə həll olunması istiqamətində işlərin görüləcəyini bildirib.
       Sonda sakinlər əhalinin problemlərinin həlli istiqamətində həyata keçirilən tədbirlərə, göstərilən diqqət və qayğıya görə ölkə başçısına öz minnətdarlıqlarını bildiriblər.

 

 

 

 

Keçidlər