Şriftin ölçüsü :

Saytın rəngi :

Xəzər rayonunda ali məktəblərə qəbul olunmuş tələbələrlə görüş keçirilib

29 avqust 2019 | 16:00

29.08.2019 –cu il tarixində Şağan Mədəniyyət Mərkəzində yeni 2019-2020-ci tədris ilinin başlanması münasibətilə və Ali məktəblərə imtahan verərək qəbul olunmuş şagirdlərlə görüş keçirilmişdir. Tədbirdə Xəzər RİH başçısı  Elşən Salahov, Millət vəkili Rauf Əliyev, YAP Xəzər rayon Təşkilatının sədri Namiq Əhmədov, RİH başçısının  I müavini Elşən Qurbanov, RİH Aparatının şöbə müdiri Gülbala Qurbanov, Təhsil İşçiləri  Azad Həmkarlar İttifaqının Xəzər rayon Komitəsinin sədri Həzərxan Əbilov, rayon Ziyalılar Cəmiyyətinin sədri Təvəkkül Səlimov, Rayon Gənclər və İdman İdarəsinin rəisi Vüqar Əliyev, məktəb direktorları və ali məktəblərə daxil olan şagirdlər iştirak etmişdir. Tədbirə Dövlət Himninin səsləndirilməsi ilə başlanılmışdır. Tədbiri giriş sözü ilə Xəzər  RİH başçısı cənab Elşən Salahov açıq elan edərək yüksək balla ali məktəblərə daxil olan şagirdləri təbrik etdi və yeni tədris ilinin başlanması münasibətilə onlara müvəfəqiyyətlər arzuladı. Sonra öz çıxışları ilə Millət vəkili Rauf Əliyev,  YAP Xəzər rayon Təşkilatının sədri Namiq Əhmədov, Təhsil İşçiləri  Azad Həmkarlar İttifaqının Xəzər rayon Komitəsinin sədri Həzərxan Əbilov, rayon Ziyalılar Cəmiyyətinin sədri Təvəkkül Səlimov ali məktəblərə qəbul imtahanlarının uğurla başa çatması münasibətilə tələbə adını qazanan məzunları, onların valideynlərini və bütün təhsil ictimaiyyətini təbrik etdilər. 156 nömrəli məktəbin direktoru Maqsud Heydərov, 125 nömrəli məktəbin direktoru Zeynəb Əliyeva və 2 nəfər yüksək bal toplayan şagirdlər RİH başçısı cənab Elşən Salahova və digər qonaqlara təbrikə görə öz minnətdarlığını bildirdilər. Tədbirin sonunda 49 nəfər 600 baldan yüksək bal toplayan şagirdlərə RİH-i adından hədiyyələr təqdim  olunmuşdur.

 

Keçidlər