Şriftin ölçüsü :

Saytın rəngi :

Mərdəkan qəsəbəsində abadlıq-quruculuq işləri davam etdirilir

27 avqust 2019 | 16:00

    Sakinlərimizin istək və arzularına uyğun olaraq rayonun digər qəsəbələri ilə yanaşı Mərdəkan qəsəbəsində abadlıq-quruculuq və təmizlik işləri uğurla həyata keçirilir.
     Qəsəbənin Saəddin Dadaşov küçəsi, bina 6-da yaşayan sakinlərin istək və arzularına uyğun olaraq çoxmənzilli yaşayış binasının blokları təmir olunmuş, binanın qarşısında abadlıq işləri görülmüşdür.  
Yeni salınan Buzovna-Mərdəkan-Qala avtomobil yolunun kənarında əkilmiş ağacların dibləri bellənmiş, suvarılmış və digər küçələrdə alaq otları vurularaq, ətrafda təmizlik işləri aparılmışdır.
Qəsəbədə yararsız vəziyyətə düşən zibil konteynerləri təmir olunmuş və əksər yerlərdə yenisi ilə əvəz olunmuşdur.

Keçidlər