Şriftin ölçüsü :

Saytın rəngi :

Xəzər rayonunda 12 avqust- Beynəlxalq Gənclər gününə həsr olunmuş “Qarabağ atları” mövzusunda tədbir keçirilib

10 avqust 2019 | 16:00

      09 avqust 2019-cu il tarixində Xəzər Gənclər Evinin təşkilatçılığı, Xəzər Rayon İcra Hakimiyyəti, Atçılıq Federasiyası və Xəzər Könüllülərinin təşkilati dəstəyi ilə Binə qəsəbəsi “Elite Horse Club” da 12 avqust- Beynəlxalq Gənclər gününə həsr olunmuş “Qarabağ atları” mövzusunda tədbir keçirilib.
       Tədbirdə Xəzərin inciləri təqdimatında 80 gənc rəssamın müxtəlif kompazisiyalı at rəsmlərindən ibarət olan sərgisi təşkil olunub.
       Tədbirdə Xəzər Rayon İcra Hakimiyyətinin başçısı Elşən Salahov, Millət Vəkili Rauf Əliyev, Rayon Gənclər idarəsinin rəisi Vüqar Əliyev və rayon gəncləri iştirak ediblər.
       Sərgiyə baxış keçirildikdən sonra Xəzər Rayon İcra Hakimiyyətinin başçısı E.Salahov,   Millət Vəkili R.Əliyev, Rayon Gənclər idarəsinin rəisi V.Əliyev və Xəzər Gənclər Evinin əməkdaşı S.Məmmədzadə çıxış edərək gəncləri “12 avqust- Beynəlxalq Gənclər günü” münasibəti ilə təbrik ediblər.
      Tədbirin sonunda qaliblər diplom və hədiyyələrlə təltif olunublar.

 

 

Keçidlər