Şriftin ölçüsü :

Saytın rəngi :

Xəzər rayonunda abadlıq quruculuq işləri uğurla davam etdirilir

22 iyul 2019 | 16:00

        Ölkəmizdə həyata keçirilən irimiqyaslı layihələr sırasında abadlıq-quruculuq işlərinə xüsusi yer ayrılır. Bir çox küçə və prospektdə yaşayış binları, parkların müasir üslubda bərpası, yenidən qurulması davam etdirilir.
     "Təmiz Xəzər-Abad Ölkəm" layihəsi çərçivəsində Xəzər rayonunun digər qəsəbələrində olduğu kimi Mərdəkan qəsəbəsində də abadlıq-quruculuq və təmizlik işləri həyata keçirilmişdir.
     Belə ki, rayonun Mərdəkan qəsəbəsində yerləşən "Nizami" parkında geniş şəkildə abadlıq işləri görülmüşdür. Parkda ucaldılan Azərbaycanın dahi mütəfəkkiri, görkəmli şairi Nizami Gəncəvinin abidəsi bərpa olunmuş,sakinlərin rahat istirahət etmələri üçün parka yeni oturacaqlar qoyulmuş dəmir barmaqlıqlar rənglənmiş yeni bəzək kolları əkilmiş, müasir işiqlandırma dirəkləri qoyulmuş və parkın ərazisində təmizlik işləri aparılmışdır.   

Keçidlər