Şriftin ölçüsü :

Saytın rəngi :

Xəzər Rayon İcra Hakimiyyəti başçısı Elşən Salahovun Şüvəlan qəsəbəsinin sakinləri ilə növbəti səyyar görüşü keçirilib

29 iyun 2019 | 03:30

   28 iyun 2019-cu il tarixində Xəzər Rayon İcra Hakimiyyətinin başçısı Elşən Salahovun Şüvəlan qəsəbə sakinləri ilə növbəti səyyar qəbul-görüşü keçirilib.
    Səyyar görüşdə Xəzər Rayon İcra Hakimiyyəti başçısının müavinləri, aparatın şöbə müdirləri, rayon üzrə fəaliyyət göstərən xidmət sahələrinin rəhbərləri, Şüvəlan qəsəbəsi İƏD üzrə nümayəndəsi və qəsəbə sakinləri iştirak ediblər.
    Görüşdə RİH başçısı çıxış edərək, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında rayonda həyata keçirilən abadlıq-quruculuq işlərinin sürətlənməsi və rayon ərazisində, xüsusilə Şüvəlan qəsəbəsində həyata keçirilən əsaslı  infrastruktur layihələrdən, 2019-cu ilin əvvəlindən başlayaraq ölkəmizdə həyata keçirilən islahatlar, xüsusilə əhalinin rifahının daha da yaxşılaşmasına yönəlmiş tədbirlər barədə ətraflı məlumat verib.       
   Qəbulda səslənən müraciətlər, təklif və rəylər dinlənildikdən sonra sakinlərə müvafiq izahatlar verilmiş, qaldırılan məsələlərin həlli istiqamətində əlaqədar qurum-təşkilat rəhbərlərinə yerindəcə tapşırıqlar verilmiş və problemlərin  həlli nəzarətə götürülmüşdür.
   Sonda sakinlər əhalinin problemlərinin həlli istiqamətində həyata keçirilən tədbirlərə, göstərilən diqqət və qayğıya görə ölkə başçısına öz minnətdarlıqlarını bildirmişdilər.

Keçidlər