Şriftin ölçüsü :

Saytın rəngi :

"Təmiz Xəzər-Abad Ölkəm" layihəsi çərçivəsində Xəzər rayonunun Mərdəkan və Türkan qəsəbələrində abadlıq-quruculuq və təmizlik işləri həyata keçirilmişdir

28 iyun 2019 | 16:00

    Ölkəmizdə həyata keçirilən irimiqyaslı layihələr sırasında abadlıq-quruculuq işlərinə xüsusi yer ayrılır. Bir çox küçə və prospektdə yaşayış binları və parkların müasir üslubda bərpası, yol infrastrukturunun yenidən qurulması davam etdirilir.
     "Təmiz Xəzər-Abad Ölkəm" layihəsi çərçivəsində Xəzər rayonunun digər qəsəbələrində olduğu kimi Mərdəkan və Türkan qəsəbələrində də abadlıq-quruculuq və təmizlik işləri həyata keçirilmişdir.
     Belə ki, rayonun Mərdəkan qəsəbəsində yerləşən "Nizami" parkında geniş şəkildə abadlıq işləri görülmüşdür. Parkda ucaldılan Azərbaycanın dahi mütəfəkkiri, görkəmli şairi Nizami Gəncəvinin abidəsi üzərində təmir-bərpa işləri aparılmış, parkda yararsız vəziyyətə düşən su hovuzu əsaslı təmir olunmuş və digər abadlıq işləri görülmüşdür.  
    Saəddin Dadaşov küçəsi, bina 6-da yaşayan sakinlərin istək və arzularına uyğun olaraq çoxmənzilli yaşayış binasının giriş qapıları dəyişdirilərək, yenisi ilə əvəz olunmuş, blokların köhnə pəncərələri dəyişdirilərək yeni plastik pəncərələr qoyulmuş, həyətin işıqlandırılması təmin olunmuş, hal-hazırda yaşayış binasının bloklarında, pilləkan qəfəslərində təmir işlərinə başlanılmışdır. Hal-hazırda işlər davam etdirilir.
    Qala-Dübəndi dəmiryolunun Mərdəkan hissəsində, dəmiryolunun ətrafında texnikalar cəlb olunmaqla təmizlik işləri aparılmış və bərk məişət tullantıları ərazidən daşınılmışdır.    
    Bundan əlavə, 3200-dən çox əhalinin yaşadığı 28 may küçəsində Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən asfaltlanma işlərinə başlanılmış, hal-hazırda işlər davam etdirilir.
    Mərdəkan qəsəbəsi ilə yanaşı rayonun Türkan qəsəbəsində də təmizlik işləri görülmüşdür.
Belə ki, xüsusi texnikalar cəlb olunmaqla qəsəbənin Sovxoz yaşayış massivində bərk məişət tullantıları daşınılmış, ətrafında təmizlik işləri görülmüşdür.

Türkan qəsəbəsi 

 

Keçidlər