Şriftin ölçüsü :

Saytın rəngi :

Şüvəlan qəsəbəsində abadlıq-quruculuq işləri davam etdirilir

24 may 2019 | 16:00

     Sakinlərimizin istək və arzularına uyğun olaraq rayonun digər qəsəbələri ilə yanaşı Şüvəlan qəsəbəsində də abadlıq-quruculuq işləri  həyata keçirilir.                                        
     Belə ki, qəsəbənin Şimal DRES yaşayış sahəsinin Lev Starçuk küçəsində çoxmərtbəli  yaşayış binalarının qarşısında "Abad Məhəllə" layihəsi çərçivəsində istirahət parkı salınır.   
     Parkda əsaslı təmizlik işləri aparılmış, zəbt olunaraq hasarlanmış bağ sahələri, qanunsuz tikililər sökülərək, yeri təmizlənmiş, gənclərin asudə vaxtlarının səmərəli keçirilməsi məqsədilə yeni mini stadion tikilmiş, süni örtük çəkilmişdir. 
     Həmçinin parkda uşaqların və eləcə də böyüklərin idmanla məşğul olması üçün uşaq əyləncə və idman qurğularının quraşdırılması, yeni yaşıllığın salınması, ağac və gül kollarının əkilməsi, nəzərdə tutulur.
    Hal-hazırda bu istiqamətdə işlər davam etdirilir.
    Mayın 24-də Xəzər RİH-nin başçıs Elşən Salahov yeni salınan istirahət parkında olmuş, işin gedişi ilə maraqlanmış, lazimi tapşırıqlarını vermiş və həmin binalarda yaşayan sakinlərin problemləri ilə maraqlanmışdır.
    Sakinlər son zamanlar rayon ərazisində aparılan bu tikinti-quruculuq və genişmiqyaslı abadlıq işlərinə görə ölkə başçısına öz minnətdarlıqlarını bildirmişdilər.

 

 

 

 

 

Keçidlər