Şriftin ölçüsü :

Saytın rəngi :

Ümummilli lideri Heydər Əliyevin anadan olmasının 96-ci ildönümü münasibətilə Futbol üzrə Xəzər rayon turniri keçirilmişdir

06 may 2019 | 16:00

   6 may 2019-cu il tarixində Xəzər Rayon İcra Hakimiyyəti, YAP Xəzər rayon Təşkilatı, Xəzər rayon Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin anadan olmasının  96-cı ildönümü münasibətilə Futbol üzrə Xəzər rayon turniri  keçirilmişdir.
   “Azal Arena” Stadionunda keçirilən final oyununu izləmək üçün Xəzər Rayon İcra Hakimiyyətinin Başçısı Elşən Salahov, Millət Vəkili Rauf Əliyev, YAP Xəzər rayon Təşkilatının sədri Namik Əhmədov, Xəzər rayon Hüquq mühafizə orqanlarının rəhbərləri, idarə,müəssisə və təşkilat rəhbərləri iştirak  etmişdilər.
    Sonda I,II və III yerləri tutmuş komandalar  kubok,  diplomlar və hədiyyələrlə mükafatlandırılmışdırlar.

 

 

Keçidlər