Şriftin ölçüsü :

Saytın rəngi :

Xəzər Rayon İcra Hakimiyyəti və YAP Xəzər rayon Təşkilatının nümayəndələri Fəxri Xiyabanı ziyarət etdilər

06 may 2019 | 16:00

 6 may 2019-ci il tarixində Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 96-cı il dönümü ilə əlaqədar Millət Vəkili Rauf Əliyev, Xəzər Rayon İcra Hakimiyyəti başçısının müavini Arif Balayev, YAP Xəzər rayon Təşkilatının sədri Namiq Əhmədov, Xəzər İnkişaf Fondunun sədri  Elmar Mədətov və Xəzər RİH Başçısı Aparatının əməkdaşları, rayonun idarə müəssisə və təşkilat rəhbərlərinin iştirakı ilə Fəxri Xiyabanı ziyarət ediblər. Nümayəndələr ilk öncə Fəxri xiyabana gələrək xalqımızın ümummilli lideri, müasir müstəqil dövlətimizin memarı və qurucusu Heydər Əliyevin xatirəsini ehtiramla yad edib, məzarı önünə gül dəstələri qoyublar.                                                                                                                                                               Daha sonra nümayəndələr görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsini yad edib, məzarı üzərinə gül dəstələri qoyaraq öz hörmət və ehtiramlarını bildiriblər.

 

 

Keçidlər