Şriftin ölçüsü :

Saytın rəngi :

Xəzər Rayon İcra Hakimiyyətinin başçısı Binə qəsəbəsinin Südçülük Sövxozu ərazisində yaşayan sakinlərlə görüşüb

01 may 2019 | 16:00

     30 aprel 2019-cu il tarixində Xəzər Rayon İcra Hakimiyyətinin başçısı Elşən Salahov ölkə başçısının müvafiq tapşırığına uyğun olaraq yerlərdə problemlərin, sakinlərin arzu, istək və təkliflərinin öyrənilməsi, qaldırılan məsələlərin operativ həll olunması məqsədi ilə rayonun Binə qəsəbəsinin Südçülük sovxozu ərazisində olub, orada yaşayan sakinlərlə görüşüb və problemlərini dinləyib.
       E.Salahov görüşdə ölkə rəhbərliyinin müvafiq tapşırıqlarına əsasən Xəzər rayonunda reallaşdırılan genişmiqyaslı abadlıq-quruculuq, sosial infrastruktur layihələr və hazırda bu istiqamətdə uğurla davam etdirilən layihələrin icrası, 2019-cu ilin əvvəlindən başlayaraq ölkəmizdə həyata keçirilən islahatlar, xüsusilə əhalinin rifahının daha da yaxşılaşmasına yönəlmiş tədbirlər barədə ətraflı məlumat verib.
       Sakinlər əhalinin problemlərinin həlli istiqamətində həyata keçirilən tədbirlərə, göstərilən diqqət və qayğıya görə ölkə başçısına öz minnətdarlıqlarını bildiriblər.
       Görüşdə çıxış edən sakinlər əsasən içməli su və yolun asfaltlanması ilə bağlı RİH başçısına müraciət ediblər. E.Salahov müraciətləri dinlədikdən sonra, mövcud yolla tanış olacağını, tədbirlər planına salınaraq, yaxın gələcəkdə problemin aradan qaldırılacağını bildirib.

 

 

 

Keçidlər