Şriftin ölçüsü :

Saytın rəngi :

Binə qəsəbəsində abadlıq-quruculuq işləri davam etdirilir

26 aprel 2019 | 16:00

  Sakinlərimizin istək və arzularına uyğun olaraq rayonun digər qəsəbələri ilə yanaşı Binə qəsəbəsində də abadlıq- quruculuq işləri həyata keçirilir.
    Belə ki, qəsəbənin Ə.İsazadə  küçəsində çoxmərtbəli  yaşayış  binalarının qarşısında  yeni  salınan istirahət parkın  sahəsində   50  ədəd  şam  ağacı  və   50  ədəd  çinar  ağacı  əkilmişdir. Həmin  ərazidə  fərdi  yaşayış  evlərinin  dəmir  darvazaları  rənglənmiş, parkın  ətrafında  yerləşən  çoxmərtbəli  yaşayış  binalarının  həyətində  800  kvm-lik    sahəyə    asfalt    örtüyü salınmışdır. Həmçinin, parkda sakinlərin istirahəti üçün günlüklərin və oturacaqların quraşdırılması planlaşdırılır.
    Aprel ayının 25-də Xəzər RİH-nin başçıs Elşən Salahov yeni salınan istirahət parkında olmuş, işin gedişi ilə maraqlanmış və lazimi tapşırıqlarını vermişdir.

Keçidlər