Şriftin ölçüsü :

Saytın rəngi :

“Bakı-2019” Avropa Gənclər Yay Olimpiya Festivalına dəstək məqsədilə “Sağlam gənclik- sağlam gələcək” devizi altında idman festivalı keçirilmişdir

24 aprel 2019 | 16:00

24 aprel 2019-cu il tarixdə Xəzər Rayon İcra Hakimiyyətinin qarşısındakı Heydər Əliyev parkında Xəzər Rayon İcra Hakimiyyəti və Xəzər rayon Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə “Bakı-2019” Avropa Gənclər Yay Olimpiya Festivalına dəstək məqsədilə “Sağlam gənclik- sağlam gələcək” devizi altında idman festivalı keçirilmişdir. Tədbirdə Bakı şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Raqif Abbasov, Xəzər Rayon İcra Hakimiyyəti Başçının müavini Arif Balayev,Xəzər rayon Gənclər və İdman İdarəsinin rəisi Vüqar Əliyev, Təhsil İşçiləri Azad Həmkarlar İttifaqının Xəzər rayon şöbəsinin sədri Həzərxan Əbilov, Yeni Azərbaycan Partiyası Xəzər rayon təşkilatının aparat rəhbəri İlham Məmmədov eləcə də rayonun müxtəlif idman klublarının idmançıları iştirak etmişlər. Tədbirdə çıxış edən natiqlər ölkəmizdə idmanın inkişafından, yeni idman obyektlərinin inşasından, idmançılaımızın həyat şəraitinin
yaxşılaşdırılmasına göstərilən diqqət və qayğını xüsusi vurğulayaraq gələcəkdə də keçirilən yarışlarda idmançılara uğurlar arzulamışlar. İdman festivalı bədii hissədən sonra rayonda fəaliyyət göstərən idman klublarının nümunəvi çıxışları ilə davam etmişdir.

 

Keçidlər