Şriftin ölçüsü :

Saytın rəngi :

Bakı Şəhər İcra Hakimiyyətinin elan etdiyi “Təmizlik ayı” çərçivəsində Xəzər rayonunda təmizlik-abadlıq işləri uğurla həyata keçirilməkdədir.

22 aprel 2019 | 16:00

     Bakı Şəhər İcra Hakimiyyətinin elan etdiyi “Təmizlik ayı” çərçivəsində Xəzər rayonunda təmizlik-abadlıq işləri uğurla həyata keçirilməkdədir.
     Belə ki, görülən işlər çərçivəsində Xəzər Rayon İcra Hakimiyyətinin təşəbbüsü və Xəzər rayon Mənzil kommunal Təsərrüfat Birliyinin birgə təşkilatçılığı ilə rayon ərazisində ki, zibil konteyneri rənglənmiş, ehtiyac duyulan konteynerlərində təmir-bərpa işləri görülmüşdür.
     Həmçinin, aksiya çərçivəsində rayonun digər qəsəbələri ilə yanaşı Mərdəkan qəsəbəsində də təmizlik-abadlıq işləri həyata keçirilmişdir. Belə ki, Mərdəkan qəsəbəs, Z.Tağıuev, 28 May və Şərq küçələrində təmizlik işləri aparılmış, alaq otları vurulmuş, qəsəbənin Nizami parkında yeni işıq dirəkləri basdırılmış, qəsəbənin mərkəzi küçəsi olan S.Yesenin küçəsində bir ədəd yeni müasir tipli dayanacaq quraşdırılmışdır.
       Bakı Şəhər İcra Hakimiyyətinin təşəbbüsü ilə “Təmizlik ayı” çərçivəsində iməciliklərin hər həftə rayonun bütün qəsəbələrində keçirilməsi nəzərdə tutulmuşdur.

Keçidlər