Şriftin ölçüsü :

Saytın rəngi :

“ Heydər Əliyev və Azərbaycan tarixi” mövzusunda yazılmış referat müsabiqəsinin rayon mərhələsi keçirilmişdir.

05 aprel 2019 | 16:00

    5 aprel 2019 cu il tarixdə, Mərdəkan qəsəbəsi 181 saylı tam orta məktəbdə Bakı şəhər İcra hakimiyyətinin tapşırığı ilə “ Heydər Əliyev və Azərbaycan tarixi” mövzusunda yazılmış referat müsabiqəsinin rayon mərhələsi keçirilmişdir. Tədbirdə Bakı Şəhər İcra Hakimiyyəti Aparatının İctimai-siyasi, Humanitar məsələlər və Dini qurumlarla iş şöbəsinin müdiri Elmin İmanov, şöbənin baş məsləhətçisi Fərhad Ələsgərov, Xəzər RİH-nin İctimai-siyasi, Humanitar məsələlər və Dini Qurumlarla iş şöbəsinin müdiri Gülbala Qurbanov, rayon mərhələsinə keçən 92, 124, 156, 206, 218, 234, 262 saylı məktəblərin rəhbərləri, tarix müəllimləri və şagirdləri, referatların yoxlanmasında iştirak edən 125,156,181 saylı tam orta məktəblərin tarix müəllimləri iştirak etmişdir.
     5 mövzunu əhatə edən 8  referat işi dinlənilmiş, onlardan 5 referat işi növbəti tur  üçün seçilmişdir.

Keçidlər