Şriftin ölçüsü :

Saytın rəngi :

Xəzər rayonunda 31 Mart - Azərbaycanlıların Soyqırımı Günü qeyd edilmişdir

30 mart 2019 | 16:00

     30 mart 2019-cu il tarixində Xəzər Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Mərdəkan qəsəbəsində yerləşən 123 nömrəli tam orta məktəbdə “31 mart Azərbaycanlıların Soyqırımı Günü”nün il dönümünə həsr olunmuş rayon tədbiri keçirilmişdir.
Tədbirdə RİH başçısının müavinləri və şöbə müdirləri, rayonun hüquq mühafizə orqanlarının, idarə, müəssisə və xidmət təşkilatlarının rəhbərləri, Rayon Ağsaqqallar Şurasının, Rayon Ziyalılar Cəmiyyətinin sədri, Vətən Müharibəsi Veteranları Birliyinin sədri, Daxili Qoşunların Hərbi Akademiyasının sədri, RİH Başçısının qəsəbə İnzibati ərazi dairəsi üzrə nümayəndələri, bələdiyyə sədrləri, 123 nömrəli orta məktəbin müəllim və şagirdləri, eləcə də rayon ictimaiyyəti iştirak etmişdir.
       Tədbiri Xəzər Rayon İcra Hakimiyyəti Başçısının müavini Arif Balayev açaraq hər il mart ayının 31 də ölkəmizdə dövlət səviyyəsində azərbaycanlıların soyqırımı günü kimi qeyd edildiyini və Respublikamızın hər yerində olduğu kimi, Xəzər rayonunda da “31 mart-Azərbaycanlıların Soyqırımı Günü”nə həsr olunmuş  bir neçə silsilə tədbirlər keçirildiyini, erməni şovinistləri tərəfindən Azərbaycanda kütləvi qırğınlar, qətliamlar törətməklə bəşər tarixində misli görünməmiş soyqırımına imza atdıqlarını, bu soyqırımının əsl hüquqi-siyasi qiyməti isə Azərbaycan dövlət müstəqilliyinə qovuşduqdan sonra  Mart hadisələrinin 80-ci ildönümündə -1998-ci il martın 26-da Azərbaycan xalqının Ümummilli Lideri, Ulu Öndər Heydər Əliyevin imzaladığı "Azərbaycanlıların soyqırımı haqqında" fərman erməni millətçilərinin hərəkətlərinə verilən ilk dolğun və hərtərəfli hüquqi-siyasi qiymət olduğunu vurğulamışdır.
    Daha sonra Rayon Ziyalılar Cəmiyyətinin sədri Təvəkkül Səlimov, Vətən Müharibəsi Veteranları Birliyinin sədri Rasət Tağıyev və Axund Hacı Soltan Əlizadə 31 Mart - Azərbaycanlıların Soyqırımı ilə bağlı çıxış edərək bu qanlı hadisələrin onların yaddaşından heç vaxt silinməyəcəyini və dövlətimizin soyqırımla bağlı tarixi faktların dünya ictimaiyyətinə çatdırılması ilə bağlı fəaliyyətini yüksək qiymətləndirmişlər.
     Tədbirin sonunda 123 nömrəli orta məktəbin şagirdləri tərəfindən hazırlanmış şerlər oxunmuş, məktəbin ərazisində yerləşən 1918-ci ildə Bakıda Ermənilər tərəfindən törədilən Azərbaycanlıların soyqırımının qarşısını almaq üçün köməyə gələn türk ordusunun şəhid olmuş iki əsgərinin xatirəsinə ucaldılmiş abidənin önünə gül dəstələri düzərək əsgərlərin ruhuna öz ehtiramlarını bildirmişlər.

Keçidlər